Yunis Kazembe (ing. dilində: Eunice Kazembe; 1952 — 28 oktyabr 2013, Yoxanesburq) — Malavi siyasətçisi, sənaye və ticarət naziri (2009—2012), təhsil naziri (2012—2013). Demokratik Tərəqqi Partiyasının üzvü.[1].
Yunis Kazembe | |
---|---|
ing. Eunice Kazembe | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1952 |
Vəfat tarixi | 28 oktyabr 2013 |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Yunis Kazembe 1952-ci ildə anadan olmuşdur. O, Ottavada, Karlton universitetini bitirərək ticarət sahəsi üzrə bakalavr dərəcəsini, İndiana universitetində təhsil alaraq magistr dərəcəsini almışdır.[2].
1986—1999-cu illərdə Kazembe kənd təsərrüfatının inkişafı və marketinq Korporasiyasının baş direktoru, 1999—2004-cü illərdə — Çin Respublikasında səfir vəzifəsində çalışmışdır.[3]. 2005—2009-cu illərdə o şəhər quruculuğunun inkişafı məsələləri üzrə prezidentin müşaviri, həmçinin şaxta, energetika və təbii resurslar naziri olmuşdur.[2][3].
2009-cu ilin mayında Kazembe Çiradzulu şəhərindən Malavi parlamentinə seçilmişdir.[1]. 15 iyun 2009-cu ildə formalaşdırılan hökumətdə sənaye və ticarət naziri vəzifəsinə təyin edilmişdir.[2][4].
26 aprel 2012-ci ildə prezident Coys Bandanın elan etdiyi yeni hökumətin tərkibində Kazembe təhsil naziri vəzifəsini tuturdu.[5].
Kazembe Chisomo Children’s Club-nun himayəçisi və təsisçisi olmuşdur[6]. Yunis Kazembe 28 oktyabr 2013-cü ildə Yoxanesburq şəhərində xəstəxanada vəfat etmişdir.[7].