Yunis Şaiq oğlu Orucov (1 may 2001, Aşağı Qaramanlı, Neftçala rayonu, Azərbaycan – 14 oktyabr 2020, Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Yunis Orucov | |
---|---|
Yunis Şaiq oğlu Orucov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Qaramanlı, Neftçala rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Aşağı Qaramanlı, Neftçala rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Şaiq Orucov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Əsgər Azərbaycan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
Yunis Orucov 2001-ci il mayın 1-i Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmub. Ailənin ikinci övladı olmuşdur. 2007-ci ildə Neftçala rayonu Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olub. 2016-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Neftçala şəhər Uşaq İncəsənət məktəbinin tar alətlərinin ifası bölməsinə daxil olmuşdur. Musiqi məktəbini başa çatdıran Yunis, təhsilini Salyan peşə liseyində davam etdirmişdir. Həmin liseyin kənd təsərrüfatı fermerlik peşəsin diplom və attestatla bitirmişdir.
Salyan peşə liseyində təhsilini başa çatdırdıqdan sonra 2019-cu ilin iyunun 22-si hərbi xidmətə yollanıb. Mingəçevir şəhərində N saylı hərbi hissədə vətənə xidmət edirdi. 2020-ci ilin sentyabrın 27-si Qarabağ uğrunda ikinci vətən müharibəsi başladı. Bu zaman Yunis ön cəbhəyə yollanmışdı. Talış kəndi və Suqovuşan istiqamətində gedən şiddətli döyüşdə iştirak etmişdir. 2020-ci ilin oktyabrın 14-ü Ağdam-Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Doğulub boya başa çatdığı Neftçala rayonu Aşağı Qaramanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunis Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunis Orucov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]