Səfərov Yunis Baxşəli oğlu (15 may 1926, Şərur rayonu, Naxçıvan MSSR – 27 mart 1994, Naxçıvan) – həkim-baytar, pedaqoq, baytarlıq elmləri doktoru (1964), professor (1964).[1]
Yunis Səfərov | |
---|---|
Yunis Baxşəli oğlu Səfərov | |
Doğum tarixi | |
Doğum yeri | Şərur rayonunun Xanlıqlar kəndi |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Naxçıvan şəhəri |
Atası | Baxşəli |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi dərəcəsi |
|
Mükafatları |
1926-cı ildə Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. 1950-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) baytarlıq fakültəsini, 1953-cü ildə isə keçmiş Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir.[1]
200-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 14 dərslik və tədris-metodiki vəsaitin müəllifidir. Bir neçə müəlliflik şəhadətnaməsi almışdır.[1]
“Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.[1]