Yunis Vəlibəyov

Yunis bəy İldırım bəy oğlu Vəlibəyov (23 avqust 1923, Ağdam, Ağdam qəzası2000, Sumqayıt) — İkinci Dünya müharibəsinin veteranı.

Yunis Vəlibəyov
Yunis bəy İldırım bəy oğlu Vəlibəyov
Doğum tarixi
Doğum yeri Ağdam, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Sumqayıt, Azərbaycan

Həyatı[redaktə | mənbəni redaktə et]

Yunis İldırım bəy oğlu Vəlibəyov 23 avqust 1923-cü ildə Ağdam şəhərində anadan olub. Orta təhsilini 1930–1941-ci illərdə Ağdam 6 saylı orta məktəbdə alıb.

1941-ci ildə Ağdam Pedaqoji Texnikomunda katib vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1943-cü ildə həmin texnikomda işləyərkən Sovet Ordusunda hərbi xidmətə çağırılıb və Şimali Qafqaz uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş xidmətlərinə görə ,, Vətən müharibəsi,, ordeni, ,, Almaniya üzərində qələbə,, medalı ilə və yubiley medalları ilə təltif edilmişdir.

1945-ci ildə Qələbədən sonra ordudan tərxis olunmuşdur. 1946-cı ildə SSRİ Dövlət Bankının Ağdam şöbəsində əməliyatçı vəzifəsinə qəbul edilmişdir. 1947-ci ildə ali təhsil almaq üçün Bakı şəhərinə gəlmiş və Xalq Təsərrüfatı İnsitutu]]nun Ticarət-İqtisadiyat fakültəsinə daxil olmuşdur. 1951-ci ildə İnstitutu bitirdikdən sonra 1955-ci ilədək Azərbaycan SSR Ticarət Nazirliyində bir sıra vəzifələrdə işləmişdir.

1955-ci ildə Sumqayıt şəhərində yaradılmış ,, Sumqayıttorq,, a göndərilmişdir və həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmışdır.

1967-ci ildə ,, Sovet ticarəti əlaçısı,, nişanı ilə təltif edilmişdir. 1986-cı ildə həmin müəssisədən təqaüdə çıxmışdır. 2000-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • "Vətən müharibəsi" ordeni
  • "Almaniya üzərində qələbə" medalı
  • "Sovet ticarəti əlaçısı" nişanı
  • Böyük Vətən Müharibəsinin Yubiley medalları

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bu gün İkinci dünya müharibəsi veteranı Yunis Vəlibəyovun doğum günüdür". az.baku-art.com (az.). İstifadə tarixi: 2024-04-10.