Yunis Zərgərli

Yunis Zərgərli (1908-) — Azərbaycanlı Pedaqoq

YUNİS ZƏRGƏRLİ
Yunis Zərgərli
Doğum tarixi (115 yaş)
Doğum yeri Salyan
Vəfat yeri Salyan
Dəfn yeri Salyan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Dini İslam
Təhsili
Fəaliyyəti Pedaqoq

Həyatı[redaktə | mənbəni redaktə et]

Yunis Zərgərli 1908-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1916-cı ildə Salyan rus ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1921-ci ildə atası vəfat etsə də, anası Seyidtamam oğlunun təhsilinə xüsusi diqqət göstərmişdir. 1922-ci ildən Yunis Zərgərli Bakı şəhərindəki pedaqoji təmayüllü nümunəvi orta məktəbdə oxumuşdur.

Həmin təhsil ocağında Abdulla Şaiq, Hüseyn Sadiq, Ağa bəy İsrafilbəyli, Qafur Rəşad kimi nüfuzlu müəllimlərdən dərs almışdır. Məktəbin riyaziyyat müəllimi Ağaəli Qasımov yeniyetmə Yunisin qeyri-adi istedada malik olduğunu görüb onunla daha ciddi məşğul olmuşdur. 1927-ci ildə Bakı pedaqoji təmayüllü nümunəvi orta məktəbi fərqlənmə attestatı ilə bitirən 19 yaşlı Yunis Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Ailələrinə ağırlıq düşməsin deyə, axşamlar fəhlə fakültələrində dərs deyən gənc həm də ilkin peşə vərdişlərinə yiyələnmişdir.

1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra o, Bakı şəhərində inspektor-metodist vəzifəsində işləyir. 1933-cü ildə Salyana qayıdır və bütün fəaliyyətini məktəb işinə istiqamətləndirir. 30–40-cı illərdə orta məktəbdə riyaziyyatın tədrisində ən mühüm problemlərdən biri riyazi terminologiyanın yaradılması olmuşdur. Y. Zərgərli əmisi Əli Zərgərli və böyük qardaşı İsmayılla bu prosesdə yaxından iştirak etmişdir. Beləliklə, 1940-cı ildə Azərbaycan dilində riyazi terminologiyanın yaradılmasında Zərgərlilərin, o cümlədən Yunis müəllimin böyük xidmətləri olmuşdur.

O, 60 illik pedaqoji fəaliyyəti dövründə Salyan rayonunda, eləcə də respublikamızda ən qabaqcıl riyaziyyat müəllimlərindən biri kimi tanınmış və şöhrət qazanmışdır. Y. Zərgərli işlədiyi Salyan şəhər 2 saylı təhsil ocağında nümunəvi təcrübə məktəbinin əsasını qoymuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Yunis Zərgərlinin fədakar əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, sovetlər dönəmində dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan Maarif Nazirliyinin, Salyan Rayon Partiya Komitəsinin fəxri fərmanlarını almışdır. O, Azərbaycan Respublikasının əməkdar müəllimi və "SSRİ maarif əlaçısı" adlarına, 1972-ci ildə SSRİ-nin ən ali mükafatı olan Lenin ordeninə layiq görülmüşdür. Yunis Zərgərli bu ordenin ümummilli lider Heydər Əliyev tərəfindən təqdim olunmasını həmişə vurğulayar, bundan qürur və fərəh hissi keçirərdi.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

  • Salyan şəhərində adına küçə var[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-04.