Yuqoslaviya tarix muzeyi və ya sadəcə Yuqoslaviya muzeyi (serb. Музеј Југославије) ― Serbiyanın paytaxtı Belqradda yerləşən tarix muzeyi. Muzey Yuqoslaviya krallığı və Yuqoslaviya Respublikası dövrü ilə yanaşı İosif Broz Titonun həyatını da izah edir. Titonun qəbri muzey binalarından birində yerləşir.
Yuqoslaviya tarix muzeyi | |
---|---|
Əsası qoyulub | 1996 |
Açılış tarixi | 1996 |
Ölkə | |
Yerləşir | Belqrad |
44°47′12″ şm. e. 20°27′06″ ş. u. | |
mij.rs | |
Vikianbarda əlaqəli mediafayllar |
Hər il 120 000 nəfər ziyarətçi qəbul edən Yuqoslaviya tarix muzeyi Serbiyada ən çox ziyarət edilən muzeydir.
Yuqoslaviya muzeyini təşkil edən hər üç bina əvvəllər "İosif Broz Tito" memorial mərkəzinin bir hissəsi olmuşdur.
25 may 1962-ci ildə "25 May muzeyi" açıldı. Bu muzey Yuqoslaviya prezidenti İosif Broz Titoya 70 illik yubileyi üçün hədiyyə olaraq Belqrad şəhəri tərəfindən tikilmişdi. Muzey Titonun 1962-ci ilə qədər aldığı hədiyyələri nümayiş etdirmək üçün istifadə edilirdi. 16 noyabr 1982-ci ildə "İosif Broz Tito" memorial mərkəzi quruldu və "25 May muzeyi" mərkəzin bir hissəsi oldu. Memorial mərkəz əsasən Belqradda, eyni zamanda Yuqoslaviyanın digər yerlərində yerləşən bir neçə bina və qurumu əhatə edirdi. Titonun dəfn olunduğu "Çiçəklər evi" mavzoleyi də memorial mərkəzin bir hissəsi idi. Buradakı kolleksiyada Titonun medalları və şəxsi əşyaları nümayiş etdirilirdi.[1]
İosif Broz Tito 4 may 1980-ci ildə ölümündən sonra memorial mərkəzə daxil olan "Çiçəklər evi"ndə dəfn edildi. Mərkəzdə 20-ci əsrdə Yuqoslaviyanın tarixini əks etdirən 75 000-dən çox nümunədən ibarət kolleksiya var idi.[2] Kolleksiya həmçinin Titonun prezidentliyi dövründə xarici qonaqlarla etdiyi çox sayda ziyarət zamanı aldığı hədiyyələrin geniş bir kolleksiyasını da saxlayırdı.
Yuqoslaviya Sosialist Federativ Respublikasının dağılmasından sonra təxminən on il ərzində bütün kompleks (türbə və muzey) xalqa bağlandı. Kompleks hal-hazırda yenidən böyük turistik məkana çevrilmişdir. Bir çox insan bu yeri tez-tez, xüsusən də 25 mayda (İosif Broz Titonun rəsmi doğum tarixi) ziyarətgah kimi ziyarət edir.