İosip Broz Tito (serb-xorv. Јосип Броз, Josip Broz; Tito soyadı ilə əlaqəli partiya təxəllüsü; Sovet sənədlərində İosip Frantsoviç Brozoviç adı ilə qeyd edilmişdir; 7 may 1892[1][2][…], Kumrovets[d], Xorvatiya və Slavoniya krallığı[d], Avstriya-Macarıstan – 4 may 1980[1][2][…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR[3]) — Yuqoslaviya inqilabçısı, siyasi, dövlət, hərbi və partiya xadimi, 1945-ci ildən 1980-ci ilə — ölümünə qədər Yuqoslaviyanın lideri. 1937-ci ilin dekabrından Yuqoslaviya Kommunist Partiyasına rəhbərlik etmişdir. 1966-cı ildən Yuqoslaviya Kommunistlər İttifaqqının sədri olmuşdur[4]. II Dünya Müharibəsi zamanı Tito işğal altındakı Avropada ən təsirli müqavimət hərəkatı adlandırılan Yuqoslaviya partizanlarının lideri idi. Prezidentliyinin avtoritar olaraq tənqid olunmasına və siyasi rəqiblərin repressiyalarına səbəb olmasına baxmayaraq, bəzi tarixçilər onu səxavətli diktator hesab edirlər. Həm Yuqoslaviyada, həm də xaricdə məşhur bir şəxsiyyət idi. Onun birləşdirici simvol sayılan daxili siyasəti, Yuqoslaviya Federasiyası xalqlarının dinc yanaşı yaşamasını təmin edirdi. Qoşulmama Hərəkatının əsas lideri olaraq dünyanın diqqətini özünə çəkirdi və bu sahədə Hindistanda Cəvahirləl Nehru, Misirdə Camal Əbdül Nasir, İndoneziyada Sukarno və başqaları ilə əməkdaşlıq edirdi[5].
İosip Broz Tito | |
---|---|
serb-xorv. Јосип Броз, Josip Broz | |
17 mart 1943 – 4 may 1980 | |
Əvvəlki | Draqo Maruşiç |
Sonrakı | Branko Mikuliç |
14 yanvar 1953 – 4 may 1980 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Yuqoslaviyanın 26-cı Baş naziri | |
7 mart 1945 – 14 yanvar 1953 | |
Əvvəlki | Draqo Maruşiç |
Sonrakı | vəzifə ləğv edilib |
14 yanvar 1953 – 29 iyun 1963 | |
Sonrakı | Petar Stamboliç |
YSFR Rəyasət Heyətinin 1-ci Sədri | |
16 may 1974 – 4 may 1980 | |
Sonrakı | Lazar Kolişevski |
Şəxsi məlumatlar | |
Doğum adı | Josip Broz |
Doğum tarixi | |
Doğum yeri | Kumroves,Xorvatiya və Sloveniya Krallığı, Avstriya-Macarıstan |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Lyublyana, Slavoniya Sosialist Respublikası, YSFR |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri |
|
Partiya | Yuqoslaviya Kommunistlər İttifaqı |
Fəaliyyəti | mexanik, inqilabçı, dövlət xadimi |
Atası | Frans Broz |
Anası | Mariya Yaverşek |
Həyat yoldaşları |
1) Pelageya Denisovna Belousova (1918—1936) 2) Lüsiya Bauer 3) Gerta Has 4) Davorianka Paunoviç 5) Yovanka Budisavleviç (1952-dən) |
Uşaqları |
oğulları Jarko Leon və Aleksandr qızı: Zlatitsa |
Dini | Ateist |
Hərbi xidmət | |
Döyüşlər |
|
Rütbəsi | Yuqoslaviya marşalı[d] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1980-ci ildə Titonun ölümündən sonra Yuqoslaviya respublikaları arasında münaqişə ocaqları yaranmağa başladı. 1991-ci ildə Yuqoslaviya dağıldıqdan sonra yeni yaranan respublikalar arasında 1990-cı illərin sonlarına qədər davam edən bir neçə silahlı münaqişə başladı. Bu münaqişələrin nəticələri hələ də keçmiş Yuqoslaviya respublikalarının həyatına təsir göstərir.
Yosip Broz 1892-ci ilin mayın 7-də Avstriya-Macarıstanın bir hissəsi olan Xorvatiyanın Kumrovets kəndində anadan olmuşdur. Sonralar 1893-cü ili doğum ili olaraq qeyd etdi və almanların ona qarşı uğursuz sui-qəsd cəhdi etdiyi 1944-cü ilin bir gününün xatirəsinə mayın 25-ni doğum tarixi olaraq seçdi[8]. Məhz mayın 25-i Yuqoslaviya Sosialist Federativ Respublikasında rəsmi bayram günü kimi qeyd edilirdi[9]. Doğuşdan sonra Katolik Kilsəsində xaç suyuna salınmışdı [10]. Gələcək Yuqoslaviya liderinin atası Frano (Frans) Broz (Horv. Franjo Broz) milliyətcə xorvat idi. Titonun doğulduğu vaxt ailəsi artıq üç əsr idi ki, Kumrovetsdə yaşayırdı. Franioya əcdadlarından 4 hektar torpaq və yaxşı bir ev miras qalmışdı, ancaq bu mirasın idarə edilməsində o, çox da qabiliyyətli deyildi. İosipin anası Maria Broz, qız soyadı Javerşek (Sloven. Marija Broz, Marija Javeršek) Kumrovetsdən 16 kilometr məsafədə yerləşən Podsreda kəndindən olan bir sloven qadın idi. Qeyd etmək lazımdır ki, Titonun qarışıq mənşəyinə baxmayaraq, bir çox təqqiqatçı onu etnik Xorvat hesab edirdi[6]. On beş uşaqlı bir ailədə o, yeddinci uşaq idi; bəzi qardaş və bacıları körpəlikdə və ya yeniyetmə yaşlarında ölmüşdü [7][8].
Həyatının ilk illərini İosip Podsreddə, nəvəsinə xüsusi qayğı göstərən ana babası Martin Javerşekin (Slovencə Martin Javeršek) evində keçirmişdi. Orada o, fortepianoda ifa etməyi öyrənmişdi [9]. Məktəbdə təhsil almaq üçün İosip Kumrovetsə qayıdanda, o, slovencə xorvat dilindən daha yaxşı danışırdı [10][11].
1900-cü ilin iyul ayında [9] səkkiz yaşlı İosip Broz 1905-ci ildə təhsilini başa vuraraq yalnız dörd sinif [11] bitirdiyi Kumrovets ibtidai məktəbinə daxil oldu [10]. Sonradan ömrü boyu yazıları orfoqrafik səhvlər buraxaraq, yazırdı. Məktəbi tərk etdikdən sonra İosip əvvəlcə dayısının yanında, sonradan isə ailə təsərrüfatında işləmişdir [11].
1907-ci ildə Franio Broz oğlunu ABŞ-yə işləməyə göndərməyə çalışdı, lakin ailə bilet pulunu toplaya bilmədi [12]. Bundan sonra on beş yaşlı İosip, əmisi oğlu Yuritsanın (Horv. Jurica Broz) hərbi xidmət etdiyi Sisak şəhərinə yola düşdü. Əvvəlcə İosip Yuritsanın köməkliyi ilə restoranda işə düzəldi. Ancaq çox keçmədən bunun özünə uyğun iş olmaması hesab edərək, işdən çıxdı. Bundan sonra milliyətcə çex mexanik Nikola Karas (çex. Nikola Karas) onu üç il tələbə kimi qəbul etdi, sənəti öyrənməklə bərabər ona mənzil və qida da verdi. Atasının imkanı olmadığı üçün, öz iş paltarının haqqını o özü pulu ilə ödədi. Sonradan İosipin kiçik qardaşı Stepanda Karasın şagirdi oldu [10][13]. Sosistlərə rəğbət bəsləyən İosipin ustası tələbəsini də sosialist hərəkatına cəlb etdi. 1909-cu ildə Karas tərəfindən dəstəklənən Broz 1 may bayramının qeyd edilməsi tədbirlərinə qoşuldu. Sosialist qəzeti olan "Slobodna Reç"i (Xorvatca-"Pulsuz Söz") əvvəl oxumağa və sonradan yaymağa başladı. 1910-cu ilin sentyabrında üç illik şagirdlikdən sonra Zaqrebə köçdü və burada Sisakdakı əlaqələri sayəsində iş tapa bildi. Burada o, Metalllurgiya İşçiləri İttifaqına qoşuldu və onların ilk nümayişində iştirak etdi [14]. Həmçinin o, Xorvatiya və Slavoniya Sosial Demokrat Partiyasına da üzv oldu [15].
1910-cu ilin dekabrında Broz Kumrovetsə döndü[16], lakin 1911-ci ilin əvvəlində yenidən iş axtarışına çıxaraq doğma kəndini tərk etdi. Bir neçə ay ərzində bir neçə yaşayış və iş yerini dəyişdirdi — Lyublyana, Triest və yenidən Kumrovetsdə yaşadı. 1911-ci ilin yazında velosiped təmir emalatxanasında işlədiyi Zaqrebə qayıtdı və bir may tətilində iştirak etdi [14]. Lyublyanada [16] qısa bir müddət işləyərək, 1911-ci ilin mayından 1912-ci il mayınadək Kamnikdəki bir fabrikdə işə düzəldi. Zavod bağlandıqdan sonra Çexiyanın Çenkov kəndində yerləşən fabrikə işə götürüldü. Çenkovda İosip işəgötürənin onları ölkənin digər bölgələrindən daha ucuz işçi qüvvəsi ilə əvəz etmək cəhdinə etiraz edən yerli çex işçilərinin tətilinə qoşuldu və nəticədə tətilçilər iş yerlərini qoruya bildilər. Daha sonra Broz Pilsenə köçdü, burada bir müddət "Şkoda" fabriklərində çalışdı və sonra Münhenə getdi. Mannheymdəki Benz avtomobil fabrikində çalışdı və arada Rura da səfər etdi. 1912-ci ilin oktyabrında böyük qardaşı Martinin ailəsi ilə birlikdə yaşadığı Vyanaya gəldi. Orada Qridlin fabriklərində işlədi, ardından "Daymler"in Viner Noyştadakı fabrikinə keçdi və burada avtomobillərin sınaq yürüşü ilə məşğul oldu. Bu illər ərzində qılıncoynatma və rəqs etməyi öyrəndi [17][18], alman dilini mənimsədi və çex dilində səlis danışmağa başladı [19].
1913-cü ilin mayında Broz iki il xidmət etməli olduğu Avstriya-Macarıstan İmperiya və Kral Ordusuna çağırıldı [19][20]. Əsgəri qeydiyyata alarkən doğum tarixində bir səhv edildi — anadan olma vaxtı kimi 1892-ci ilin martın 5-i yazıldı [28]. Əvvəlcə Vyanada xidmət etməyə göndərilsə də, lakin sonra öz istəyi ilə 25-ci Domobran Zaqreb Piyada Alayına köçürüldü. 1913–1914-cü illərin qışında yeniçağrışçı Broz xizək sürmə dərsləri aldı, ardından Budapeştdə unter-zabitlər məktəbində oxumağa göndərildi [21]. Məktəbi bitirdikdən sonra, Broz baş unter-zabit rütbəsini aldı (22 yaşında). O, bu alayın ən gənc unter-zabiti idi [19][21][22]. Titonun bioqrafı Casper Ridlinin [en] dediyinə görə bu ümumiyyətlə Avstriya-Macarıstan ordusunda ən gənc rütbəyə malik zabit idi [23]. Orduda mülki həyatda öyrəndiyi qılıncoynatma bacarıqlarından uğurla istifadə edərək, qılıncoynatma yarışlarında bir sıra qələbələr qazandı: 1914-cü ildə alay çempionatını qazandı[21] və həmin ilin mayında Budapeştdə keçirilən Ümumordu Qılıncoynatma Çempionatında ikinci yeri tutdu [23].
1914-cü ilin avqustunda Avstriya-Macarıstan Birinci Dünya Müharibəsinə qoşuldu, bununla əlaqədar 25-ci Domobran Zaqreb Piyada alayı Serbiya sərhədinə təxliyə edildi. Burada unter-zabit Broz əsgərləri üsyana çağırdığına görə həbs edildi və sərhəd Uyvidek şəhərinin Petrovaradin qalasına (hazırkı Serbiyanın Novi Sad şəhəri) salındı [24]. Sonradan Titonun özü bu həbslə bağlı ziddiyyətli xəbərlər xatırlayırdı. Öz bioqraflarından birinə verdiyi müsahibədə, o, ruslar tərəfə fərailik etmək niyyətini bildirdiyinə görə həbs olunduğunu, digər tərcümeyi-hallında Tito, həbsin texniki səhv səbəbiylə olduğunu söyləmişdi [21]. Nəhayət, Brozun həbsinin üçüncü bir versiyası var ki, o da onun məğlubiyyət əhval-ruhiyyəsini yayması idi. Belə ki, gələcək Yuqoslaviya lideri öz şəxsi söhbətlərindən birində müharibədə Avstriya-Macarıstan ordusunun məğlub olacağına ümid etdiyini söyləmişdi. Ancaq o qısa müddət sonra həbsdən azad edildi və bəraət aldı [25].
1915-ci ilin əvvəlinə qədər 25-ci alay Serbiya cəbhəsində vuruşdu, sonra Şərq cəbhəsinə, Qalisiya bölgəsinə göndərildi [21]. Rus cəbhəsində Broz kəşfiyyatçı idi. O, kəşfiyyatda özünü cəsur bir hərbçi kimi göstərdi və yaxşı bir komandir olduğunu sübut etdi. Bir dəfə onun komandiri olduğu kəşfiyyat dəstəsi cəbhə xəttini keçib 80 rus əsgərini əsir götürdü və "əsirlər"lə mövqelərinə itkisiz döndü. Kəşfiyyat sahəsindəki şücaət və təşəbbüsə görə Broz cəsarətə görə medala mükafatlandırıldı. Lakin bu barədə məlumatlar yalnız ölümündən sonra 1980-ci ildə dərc edildi[26].
1915-ci ilin yazında, Dnestr çayı üzərində Mitkeu (Bukovina) kəndi yaxınlığında baş vermiş döyüşdə, unter-zabit Broz rus qoşunlarının cəbhə xəttini keçmək cəhdini dəf edərkən, Rusiya ordusunun çərkəz süvarisi tərəfindən nizə ilə belindən yaralandı. O, ağır yaralanaraq əsir düşdü. Brozun əsir düşməsinin dəqiq tarixi mənbələrdə müxtəlif şəkildə verilir. Əksər yerlərdə bu martın 25-i[27] yazılsa da, amma İngilis jurnalist Riçard Vest yazır ki, Broz martın 21-i [28] əsir düşmüşdü. Casper Ridli isə bu hadisənin tarixini aprelin 4-ü göstərir.
Əsir düşdükdən sonra Broz Volqa sahilində yerləşən Sviyajsk şəhərində 13 ay keçirdi. Bura da o, Sviyajsk Uspensk Monastırının binasında yerləşən hərbi hospitalda sətəlcəm və tif xəstəliyindən müalicə almışdı[21]. Hospitalda olduğu müddətdə rus dilini öyrəndi. Bu işdə ona iki yerli məktəbli qız kömək etmişdi. Onların sayəsində o, rus ədəbiyyatının klassikləri Lev Tolstoy və İvan Turgenevlə də tanış oldur [21][28][29].
Sağaldıqdan sonra Uraldakı əmək düşərgəsinə göndərildi. 1917-ci ilin fevralında isə sərbəst buraxıldı. 1917-ci ilin aprelində yenidən həbs olundu, lakin qaçmağa müvəffəq oldu və 16–17 iyulda Petroqraddakı nümayişlərdə iştirak etdi.
Finlandiyaya gedərkən Broz saxlanıldı və Petropavlovsk qalasında 3 həftə məhbəsdə yatdı. O, yenidən Kunqura göndərildi, ancaq qatardan qaçmağa nail oldu.
Rusiyadakı vətəndaş müharibəsinin iştirakçısı oldu (Qırmızı orduya qoşuldu). 1918-ci ilin iyununda rus qadınla evləndikdən sonra, "ağlar"ın hakimiyyəti altında olan Omskda mexanik olaraq işə düzəldi. 1920-ci ilin yanvarında Rusiyanı tərk etdi.
1920-ci ildə artıq Yuqoslaviyanın bir hissəsi olan vətəninə qayıtdıqdan sonra Broz Yuqoslaviya Kommunist Partiyasına (YKP) daxil oldu. Elə həmin ilin sonunda Kommunist Partiyası qadağan edildi, 1921-ci ildə repressiyaya məruz qaldı və dağıdıldı.
1925–1926-cı illərdə İosip Kralevitsadakı gəmiqayırma zavodunda işlə düzəlir və rəhbəri olduğu Kommunist Partiyası təşkilatını yaradır. 1926-cı ildə Zaqrebə döndü və burada həmkarlar ittifaqı hərəkatında iştirak etməyə başladı. 1927-ci ildə Kommunist Partiyasının Zaqreb şəhər komitəsinin təşkilat katibi oldu.
Dəfələrlə təqibə və həbslərə məruz qaldı. 1928-ci ilin avqustunda daha bir həbsdən sonra kommunist təbliğatında ittiham olundu. 1929-cu il fevralın 21-də 5 il 7 ay katorqa işlərinə məhkum edildi. 1934-cü ildə azad edildikdən sonra Kommunist Partiyasının rəhbərliyinə daxil oldu.
1934–1936-cı illərdə Moskvada Kominterndə SSRİ Xarici İşçilər Nəşriyyatının direktoru işləmişdir. 1937-ci ilin dekabrında Yuqoslaviyaya qayıtdı və SSRİ-də güllələnən Yuqoslaviya Kommunist Partiyasının baş katibi Milan Qorkiçin yerinə YKP-na rəhbər seçildi. 1938-ci ilin avqustunda, 1939-cu ilin yanvarında və 1939-cu ilin sentyabr-noyabrında yenidən Moskvaya səfərlər etdi[30].
Kommunist Partiyasında işləyərkən Broz soyadının bir hissəsi olan "Tito" ləqəbini aldı. Bir versiyaya görə, Broz partiya üzvlərinə nə edəcəyini və necə edəcəyini qısaca izah etmək vərdişinə malik idi: "Bunu edəcəksiniz (bu və ya digər "ti-to" — Xorvat dilində)" — sözü belə bir ləqəbin əmələ gəlməsinə səbəb olmuşdur. Broz özü isə bu versiyanı təkzib edirdi və Titonun sadəcə bir xorvat soyadı olduğunu, heç bir məna daşımadığını söyləyirdi[31]. Titonun ömrüboyu 30-dan çox təxəllüsdən istifadə etdiyi güman edilir.
Titonun Yuqoslaviya Kommunist Partiyasının baş katibi olması məsələsi 1940-cı ilin oktyabrında Zaqrebdə keçirilən V gizli partiya konfransında möhkəmləndirildi[30].
Nasist Almaniyası 1941-ci ildə Yuqoslaviyanı işğal etdikdən sonra ilk olaraq müqavimət hərəkatını kommunistlər qurdular. Yuqoslaviyanın Xalq Qurtuluş Ordusunun əsasını təşkil edən partizan dəstələri təşkil edildi və 1941-ci ilin iyulun 4-dən Tito onlara başçılıq etməyə başladı. Yuqoslaviya partizan dəstələri ən uğurlu hərəkatlardan idi və onların nəzarətində böyük ərazilər var idi.
Müharibənin ilk aylarında işğalçılarla mübarizə zamanı Yuqoslaviya Kommunistləri Çetnik dəstələri ilə əməkdaşlıq etməyə çalışırdılar. Avqust — sentyabr aylarında partizanlar və çetniklər bir sıra birgə əməliyyatlar keçirdilər. Sentyabr ayında Tito ilə Çetniklərin lideri Draqolyub Mixailoviç arasında şəxsi görüş keçirildi. Lakin ideoloji ziddiyyətlər tezliklə özünü hiss etdirməyə başladı və elə də möhkəm olmayan ittifaq qarşıdurmaya çevrildi. 1941-ci ilin noyabrından Çetniklər və kommunist partizanları öz aralarında əsl vətəndaş müharibəsi aparırdılar[32]. Çetniklər müttəfiqlərin enişini gözləmək və sonra almanlarla müharibəyə qoşulmaq lazım olduğunu düşünürdülər. Tito və partizanları isə hesab edirdilər ki, almanlarla müharibəyə dərhal girmək lazımdı.
İtaliyanın təslim olmasından sonra YXAO bölmələri əvvəllər italiyalıların işğalı altındakı əraziləri ələ keçirməyə çalışdılar. Sürgündəki Yuqoslaviya hökuməti Mixayloviç ilə münasibətlərini kəsdi və Titonu ali baş komandan kimi tanıdı. Amerikalılar və ingilislər YXAO-ya hərbi yardım göstərməyə başladılar. Onlar Xorvatiyadakı düşmən hədəflərinə hava zərbələri endirməklə də partizanlara kömək edirdilər.
1944-cü il may ayının 25-də YXAO-nun komandanlığının yerləşdiyi Drvar şəhərinə alman desantı endirildi. Titonu ələ keçirmək və ya öldürmək məqsədi daşıyan əməliyyat ("At gedişi" — əməliyyatı) müvəffəqiyyətsizliyə düçar oldu.
1945-ci il aprelin 5-də Tito Sovet qoşunlarının Yuqoslaviya ərazisinə müvəqqəti girməsi barədə Stalinlə müqavilə imzaladı. Qırmızı Ordunun bölmələri ilə birlikdə YXAO ölkəni azad etdi. Hitler koalisiyası üzərindəki qələbədəki roluna görə 1945-ci ilin payızında Tito "Qələbə Ordeni"nin sonuncu (sonradan ləğv edilmiş L. Brejnevin ordeni sayılmamaqla) kavaleri oldu.
Ölkə azad edildikdən sonra Yuqoslaviya Demokratik Federativ Respublikası elan edildi və Tito onun baş naziri və xarici işlər naziri oldu. SSRİ ilə münasibətlər pisləşdi. Yuqoslaviya Kommunist Partiyasının rəhbərləri Yuqoslaviyanın Balkan Federasiyasına daxil olmasını istəyən Stalinə tabe olmaqdan imtina etdilər[33]. Bununla əlaqədar SSRİ ilə dövlətlərarası və partiyalararası münasibətlər kəsildi. 1949-cu ildə Sovet rəhbərliyi Yuqoslaviya ilə dostluq, qarşılıqlı yardım və müharibədən sonrakı əməkdaşlıq müqaviləsini ləğv etdi. Yuqoslaviya rəhbərliyini gözdən salmağa yönəlmiş təbliğat kampaniyası start verildi.
İddia edilirdi ki: Yuqoslaviyada "faşist tipli anti-kommunist polis rejimi" mövcuddur. Sovet nəşrləri bu dövrdə "Tito-Rankoviçin qanlı dəstələri" haqqında yazırdı. Bəzi məlumatlara görə, Sovet xüsusi xidmət orqanları, Stalinin ölümü səbəbindən ləğv edilən Titoya sui-qəsd hazırlayırdılar.
Bu müddətdə Yuqoslaviya ABŞ və digər NATO ölkələri ilə yaxınlaşdı. Amerika Birləşmiş Ştatları Yuqoslaviyanı silahla təmin etdi. Ona xeyli sayda təyyarə, tank və digər döyüş silahları verdi. 1953–54-cü illərdə Yuqoslaviya Yunanıstan və Türkiyə ilə hərbi maddələr də daxil olmaqla müqavilə imzaladı[34].
1953-cü ildə Tito ölkənin prezidenti seçildi və ömrünün sonuna qədər bu vəzifəni tutdu.
1955-ci ildə Yuqoslaviyaya səfər edən N. Xruşşovun dövründə Sovet-Yuqoslaviya əlaqələri bərpa edildi. Buna baxmayaraq, Titonun rəhbərlik etdiyi Yuqoslaviya Kommunist Partiyası SSRİ-nin ideoloji və siyasi təzyiqlərinə uğurla müqavimət göstərməyə davam edirdi. Yuqoslavlar sosialist quruculuğu üçün öz modellərini irəli sürdülər. Tito 1956-cı ildə Sovet qoşunlarının Macarıstana hücumunu dəstəkləsə də, 1968-ci ildə Varşava Müqaviləsi Təşkilatı qüvvələrinin Çexoslovakiyaya müdaxiləsini pislədi.
1970-ci illərin ortalarında Titonun həyat yoldaşı Jovanka dövlət əleyhinə fəaliyyətdə günahlandırıldı. Bir versiyaya görə, Tito onu bir sıra cinayətlərdə, o cümlədən SSRİ-nin xeyrinə casusluqda, dövlət sirlərini açmaqda və çevriliş hazırlamaqda ittiham etdi.
Başqa bir versiyaya görə, ittihamlar qondarma idi və onları Titonun idarə etdiyio Stane Dolantsla Nikola Lyuiçiçin başçılıq etdiyi bir qrup sui-qəsdçilər saxtalaşdırmışdılar. Məhkəmə problemlər yarada bilərdi, bu səbəbdən təqsirləndirilən şəxs sadəcə Belqradın mərkəzində hər bir şəraiti olan bir iqamətgahda təcrid olundu. Jovankanın bacısı Nadya təhdid edilərək, baş verənləri danışmaq qadağan edildi. Miloşevic bu qərarı ləğv etmədi və beləliklə, Jovanka 25 il ev həbsində yatdı və yalnız 2000-ci ildə sərbəst buraxıldı[35].
Titonun hakimiyyəti illərində Yuqoslaviya Qoşulmama Hərəkatında önəmli bir rol oynayırdı.
Onun hakimiyyət illərində YSFR-nda yaşayış və iqtisadi inkişaf səviyyəsi, əksər Avropa ölkələrini əhəmiyyətli dərəcədə üstələyirdi. Yalnız ADR istisna olmaqla, YSFR sosialist düşərgəsi ölkələri arasında da ən yüksək göstəricilərə malik idi.
1980-ci ildə İosip Broz Tito ağır xəstələndi. Xəstəliyin səbəblərindən biri uzun müddət papiros çəkmə idi. Sol ayağında damarların tıxanması aşkar edildi. Yanvar ayında onun sol ayağı amputasiya edildi, lakin bu onun vəziyyətinin yaxşılaşmasına səbəb olmadı. 1980-ci il mayın 4-də gecə 88 yaşına üç gün qalmış Lyublyanada vəfat etdi. Bundan əvvəl o, 100 gündən çox komada yatmışdı. Belqradda "Çiçəklər Evi" mavzoleyində dəfn edilmişdir. Sonrakı on il mayın 4-də 15.05 dəqiqədə bütün Yuqoslaviyada İosip Broz Titonun vəfat günü bir dəqiqəlik sükutla qeyd olunurdu[36].
İosip Broz Tito yeni bir kommunist hərəkatının — Titoizmin banisi idi. Bu hərəkat Titonun Stalinlə fikir ayrılığından sonra yaranmışdır. Titoizmin əsas prinsipi ondan ibarət idi ki, hər bir dövlətdə kommunizmə nail olmaq vasitələri xarici qüvvələr tərəfindən deyil, (Sovet İttifaqının başa düşüldüyü) dövlətin özü tərəfindən müəyyənləşdirilməlidir (yəni Yuqoslaviya). Tito hakimiyyəti boyu qoşulmama siyasəti yürüdür və Varşava Paktı Təşkilatında iştirak etmirdi. Qarşılıqlı İqtisadi Yardım Şurasının işində Yuqoslaviya rəsmi girmədən xüsusi razılaşmalar əsasında iştirak edirdi. İqtisadiyyatda "özünü idarə edən sosializm" ilə təcrübələr aparılırdı.
İosip Broz beş dəfə evli olsa da, üç dəfə rəsmi nigaha daxil olmuşdu. İosip Brozun arvadları bunlar idi:
Hal-hazırda keçmiş Yuqoslaviya respublikalarında İosip Brozun çox sayda nəvə və nəticələri yaşayır. Onların hamısı Broz soyadını daşıyır.
Bir sıra tarixçilər Titonun kəndli mənşəli olmasına şübhə ilə yanaşırlar. Çünki o, gəncliyi barədə çox danışmır və hətta qohum və dostlarını axtarmağa belə çalışmırdı. Titonun özünü qələmə verdiyi insan olmadığı haqqda bir neçə nəzəriyyə var. "Ümumi" versiyalardan birinə görə, Yuqoslaviya İosip Broz adını alan və Yuqoslaviyanın etnik sakini olmayan polyak, alman və ya hətta rus mənşəli olan bir saxtakar tərəfindən idarə olunurdu(sübut kimi isə onun serb-xorvat dilində nitq və yazma səhvlərinin çox olması göstərilirdi). Başqa bir "ümumi" versiyaya görə, Titonun valideynləri kəndli deyildi, kübar adlı-sanlı nəsildən idi (bu versiyanın tərəfdarları hesab edir ki, ən azı 10 dildə danışa bilən, yaxşı aristokratik davranışa sahib olan, şahmatı bacaran, fortepianoda yaxşı ifa edən və yaxşı qılıncoynadan prinsipcə kəndli ailəsindən ola bilməzdi)[37].
2015-ci ildə Saşa Broz xorvatiyalı admiral və yazıçı Davor Domazet-Loşonu babasına böhtan atmaqda günahlandırdı. Domazet-Loşo "Admiralın qeydləri" kitabında Titonu Vyanalı bir zəngin ilə qulluqçusunun qanunsuz oğlu olduğunu iddia etmişdi[38]. Saşa Brozun buna reaksiyası ironik şəkildə Titonun şəcərəsini göstərmək oldu. Domazet-Loşonu isə yalnız ucuz bestseller yazmaq cəhdində günahlandırdı[39].
1945-ci ildə Tito Zaqrebin fəxri sakini adına layiq görülmüşdü[40].
Mükafatın adı | Ölkə | Tarix | Mükafatlandırma yeri |
---|---|---|---|
Xalq Qəhrəmanı Ordeni (Üç dəfə) |
Yuqoslaviya | 6 noyabr 1944, 15 may 1972, 16 may 1977 |
Vis adası, Belqrad, Belqrad |
Yuqoslaviya ulduzu Ordeni | Yuqoslaviya | 1 fevral 1954 | Belqrad |
Azadlıq Ordeni(Yuqoslaviya) | Yuqoslaviya | 12 iyun 1945 | Belqrad |
Soaialist Əməyi Qəhrəmanı Ordeni | Yuqoslaviya | 1950 | Belqrad |
Milli azadlıq Ordeni | Yuqoslaviya | 15 avqust 1943 | Yaçe |
Hərbi bayraq Ordeni | Yuqoslaviya | 29 dekabr 1951 | Belqrad |
Yuqoslav bayrağı Ordeni | Yuqoslaviya | 26 noyabr 1947 | Belqrad |
Partizan Ulduzu Ordeni(Yuqoslaviya) | Yuqoslaviya | 15 avqust 1943 | Yaçe |
Qızılı çələngli Respublika Ordeni(Yuqoslaviya) | Yuqoslaviya | 2 iyul 1960 | Belqrad |
"Xalq qarşısında xidmətlərə görə" Ordeni | Yuqoslaviya | 9 iyun 1945 | Belqrad |
Qardaşlıq və birlik ordeni | Yuqoslaviya | 15 avqust 1943 | Yaçe |
Dəfnə yarpağı çələngi ilə Yuqoslaviya Xalq ordusu Ordeni | Yuqoslaviya | 29 dekabr 1951 | Belqrad |
Böyük hərbi xidmətlər ordeni(Yuqoslaviya) | Yuqoslaviya | 29 dekabr 1951 | Belqrad |
"Cəsurluğa görə" Orden (Yuqoslaviya) | Yuqoslaviya | 15 avqust 1943 | Yaçe |
Yuqoslaviya partizanı yubiley medalı — 1941 | Yuqoslaviya | 14 sentyabr 1944 | Vis adası |
"Faşizm üzərində qələbənin 30 illiyi" Medalı | Yuqoslaviya | 9 may 1975 | Belqrad |
"Yuqoslaviya xalq ordusunun 10 illiyi" Medalı | Yuqoslaviya | 22 dekabr 1951 | Belqrad |
"Yuqoslaviya xalq ordusunun 20 illiyi" | Yuqoslaviya | 22 dekabr 1961 | Belqrad |
"Yuqoslaviya xalq ordusunun 30 illiyi" | Yuqoslaviya | 22 dekabr 1971 | Belqrad |
Mükafatın adı | Ölkə | Vaxt | Mükafatlandırma yeri | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Avstriya Respublikasının qarşısında xidmətə görə nişan | Avstriya | 9 fevral 1965 | Vyana | |||||||||||||||
Günəş ordeninin böyük zənciri (Əfqanıstan) | Əfqanıstan | 1 noyabr 1960 | Kabul | |||||||||||||||
I Leopold ordeni | Belçika | 6 oktyabr 1970 | Brüssel | |||||||||||||||
And Kondoru Ordeni | Boliviya | 29 sentyabr 1963 | Koçabamba | |||||||||||||||
Cənub Xaçı Ordeni | Braziliya | 19 sentyabr 1963 | Braziliya | |||||||||||||||
Xalq əmək ordeni | Bolqarıstan | 25 noyabr 1947 | Sofiya | |||||||||||||||
I dərəcəli "9 sentyabr 1944-cü il ordeni" | Bolqarıstan | 25 noyabr 1947 | Sofiya | |||||||||||||||
"Georgi Dmitrov ordeni" | Bolqarıstan | 22 sentyabr 1965 | Sofiya | |||||||||||||||
Dahi həqiqət kamandoru ordeni | Birma | 6 yanvar 1955 | Ranqun | |||||||||||||||
I dərəcəli Kamboca kralının böyük xaçı | Kamboca | 20 iyul 1956 | Brioni | |||||||||||||||
Milli azadlıq ordeni zənciri | Kamboca | 17 yanvar 1968 | Pnompen | |||||||||||||||
Kamerun qarşısında xidmətlərə görə böyük xaçın zənciri | Kamerun | 21 iyun 1967 | Bridcuni | |||||||||||||||
Çili Fəxri Ordeninin Böyük Xaçı | Çili | 24 sentyabr 1963 | Santyaqo | |||||||||||||||
Xidmətə görə böyük xaç | Konqo Respublikası | 10 sentyabr 1975 | Belqrad | |||||||||||||||
I dərəcəli Ağ aslan ordeninin zənciri | Çexiya | 22 mart 1946 | Praqa | |||||||||||||||
"Qələbəyə görə" I dərəcəli Ağ aslan hərbi ordeni | Çexiya | 22 mart 1946 | Praqa | |||||||||||||||
Fil oprdeni | Danimarka | 29 oktyabr 1974 | Kopenhagen | |||||||||||||||
Nil ordeninin böyük zənciri | Misir | 28 dekabr 1955 | Qahirə | |||||||||||||||
Sav kraliçasının böyük zənciri və lenti | Efiopiya | 21 iyul 1954 | Belqrad | |||||||||||||||
Qələbəyə görə Müqədəs Qeorgi ordeni | Efiopiya | 21 iyul 1954 | Belqrad | |||||||||||||||
Beş xurma yarpağı olan ölkənin müdafiəsi medalı | Efiopiya | 21 iyul 1954 | Belqrad | |||||||||||||||
Finlandiyanın ağ qızılgülü ordeninin zəncir üzərində böyük xaçı | Finlandiya | 6 may 1963 | Belqrad | |||||||||||||||
Qüdrətli Hamam ordeni | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} |
17 oktyabr 1972 | Belqrad |
"Fəxri Legion" ordeni | Fransa | 7 may 1956 | Paris | |||||||||||||||
Palma budağı ilə Hərbi xaç 1939–1945 | Fransa | 7 may 1956 | Paris | |||||||||||||||
Hərbi medal | Fransa | 7 may 1956 | Paris | |||||||||||||||
Könüllülərin xaçı | Fransa | 29 iyun 1956 | Belqrad | |||||||||||||||
Xidmətlərə görə ordeni (Fransa) | Fransa | 6 dekabr 1976 | Belqrad | |||||||||||||||
Xüsusi dərəcəli "AFR qarşısında xidmətlərə görə" orden | Almaniya | 24 iyun 1974 | Bonn | |||||||||||||||
Karl Marks ordeni (iki dəfə) |
ADR | 12 noyabr 1974, 12 января 1977 |
Berlin, Belqrad | |||||||||||||||
Xilaskar ordeninin böyük xaçı | Yunanıstan | 2 iyun 1954 | Afina | |||||||||||||||
Macarıstan respublikasının böyük xaç və ulduzu ordeni | Macarıstan | 7 dekabr 1947 | Budapeşt | |||||||||||||||
I dərəcəli Macarıstan Xalq Respublikası qarşısında xidmətlərə görə orden | Macarıstan | 7 dekabr 1947 | Budapeşt | |||||||||||||||
I dərəcəli Macarıstan Respublikası bayraq ordeni briliyantlarla | Macarıstan | 14 sentyabr 1964 | Budapeşt | |||||||||||||||
"Müqədəs ulduz" ordeni | İndoneziya | 28 dekabr 1958 | Cakarta | |||||||||||||||
Partizan ulduzu ordeni | İndoneziya | 28 dekabr 1958 | Cakarta | |||||||||||||||
Pəhləvi ordeninin böyük zənciri | İran | 3 iyun 1966 | Bağdad | |||||||||||||||
Fars imperiyasının yaranmasının 2500 illik yubiley medalı | İran | 14 oktyabr 1971 | Persopolis | |||||||||||||||
I dərəcəli İkiçayarası ordeni | İraq | 14 avqust 1967 | Belqrad | |||||||||||||||
I Dərəcəli ikiçayarası hərbi divizion ordeni | İraq | 7 fevral 1979 | Belqrad | |||||||||||||||
"İtaliya qarşısında xidmətlərə görə" ordeni | İtaliya | 2 oktyabr 1969 | İtaliya | |||||||||||||||
Böyük xrizantema ordeni | Yaponiya | 8 aprel 1968 | Tokio | |||||||||||||||
Nassaunun qızıl aslan ordeninin böyük xaçı | Lüksemburq | 9 oktyabr 1970 | Lüksemburq | |||||||||||||||
Astek qartalının zənciri | Meksika | 30 mart 1963 | Belqrad | |||||||||||||||
Suxe-Bator ordeni | Monqolustan | 20 aprel 1968 | Ulan-Bator | |||||||||||||||
Mühəmmədiyə ordeninin böyük zənciri | Mərakeş | l aprel 1961 | Rabat | |||||||||||||||
Niderand aslanının böyük xaçının kavaleri | Niderland | 20 oktyabr 1970 | Amsterdam | |||||||||||||||
Müqqədəs Olaf ordeninin böyü xaçı | Norveç | 13 may 1965 | Oslo | |||||||||||||||
Amador Qerrero ordeninin böyük zənciri | Panama | 15 mart 1976 | Panama | |||||||||||||||
Polşanın intibahı ordeninin böyük xaçı (iki dəfə) |
Polşa | 25 iyun 1964, 4 мая 1973 |
Varşava, Brdo Qəsri | |||||||||||||||
"İgidliyə görə" ordeninin böyük xaçı | Polşa | 16 mart 1946 | Varşava | |||||||||||||||
I dərəcəli "Qrünvald xaçı" odeni | Polşa | 19 oktyabr 1945 | Belqrad | |||||||||||||||
"Qələbə və Azadlıq" medalı | Polşa | 16 mart 1946 | Varşava | |||||||||||||||
Partizan xaçı | Polşa | 16 mart 1946 | Varşava | |||||||||||||||
Müqəddəs İakov ordeninin böyük zənciri | Portuqaliya | 23 oktyabr 1975 | Belqrad | |||||||||||||||
İnfanta dona Enrike ordeninin zənciri | Portuqaliya | 17 oktyabr 1977 | Lissabon | |||||||||||||||
Sosialist Rumıniya Respublikasının qəhrəmanı[41] | Rumıniya | 16 may 1972 | Drobeta-Turnu-Severin | |||||||||||||||
"Sosializmin qələbəsi" ordeni | Rumıniya | 16 may 1972 | Drobeta-Turnu-Severin | |||||||||||||||
Müqəddəs Marin ordeninin böyük xaçı | San-Marino | 25 sentyabr 1967 | Belqrad | |||||||||||||||
"Qələbə" ordeni (№ 16) | SSRİ | 9 sentyabr 1945 | Belqrad | |||||||||||||||
I dərəcəli Suvorov ordeni | SSRİ | sentyabr 1944 | Moskva | |||||||||||||||
Lenin ordeni | SSRİ | 5 iyun 1972 | Moskva | |||||||||||||||
"Oktyabr inqilabı" ordeni | SSRİ | 16 avqust 1977 | Moskva |
Titonun şərəfinə adlandırılmışdır:
Marşal Tito haqqında "Sivi Sokol" (Serb. Sapsan), "Dost Tito, mi ti se kunemo" (Serb. yoldaş Tito, sizə and içirik) və "Marşal Tito Uz" (Serb. Marşal Tito ilə) və s. mahnılar bəstələnmişdir. Son mahnı isə II Dünya Müharibəsi vaxtı Yuqoslaviya partizanlarının himni olmuşdu. Titonun ölümündən sonra onun xatirəsinə aid mahnı "Titusun özünün videosunu sınayın" (Serb. Mən Titonu üç dəfə gördüm) Corc Balaşeviç tərəfindən "Rani Mraz" qrupu ilə ifa edilmişdir. Veli Briyun adasındakı Xorvatiya milli parkı Brionidə Tito Muzeyi faliyyət göstərir[42]. Titoya həmçinin Belqraddakı Yuqoslaviya Tarixi Muzeyinin ekspozisiyasının bir hissəsi həsr edilmişdir. 2018-ci il 19 dekabr tarixində Monteneqronun paytaxtı Podqoritsanın mərkəzində marşal Titoya abidə ucaldılmışdı[43].
Marşal Tito bir sıra bədii filmlərin personajıdır: