Yurdçu dəfinəsi — Kəngərli rayonunun Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi.
Dəfinədən aşkarlanmış numizmatika məmulatından 328 ədədi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda tədqiq edilmişdir.
Dəfinədən aşkarlanmış sikkələrdən ən qədimi Bizans imperatoru I Yuanın (969-976) adına kəsilmiş dirhəmdir. Yurdçu dəfinəsi içərisində Səlcuq sultanlarından II Toğrulun, Məsudun, Arslan şahın adına kəsilmiş dirhəmlər də vardır. Dəfinənin əksər sikkələri Azərbaycan Atabəylər dövləti hökmdarlarının adından kəsilmişdir.[1]