Yuri Konovalov (rus. Юрий Коновалов; 30 dekabr 1929, Bakı – 25 may 2008, Smolensk) — sovet yüngül atleti, Olimpiya oyunlarının ikiqat mükafatçısı, SSRİ idman ustası (1955), SSRİ əməkdar idman ustası (1957).
Yuri Konovalov | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Юрий Коновалов | |||||||||||||||||
| |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Vətəndaşlığı |
SSRİ → Rusiya |
||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||||||||||||
Vəfat tarixi | (78 yaşında) | ||||||||||||||||
Vəfat yeri | Smolensk vilayəti, Rusiya | ||||||||||||||||
Boyu | 1.83 sm | ||||||||||||||||
Çəkisi | 77 kq | ||||||||||||||||
İdman növü | yüngül atletika | ||||||||||||||||
Komandası | "Neftçi" (Bakı) | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Yuri Konovalov 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə estafet yarışında Leonid Bartenev, Boris Tokarev və Vladimir Suxarevlə birlikdə gümüş medal qazanıb.[1] 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda finala keçməyib.
1960-cı il Roma Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə estafet yarışında Qusman Kosanov, Leonid Bartenev və Edvin Ozolinlə birlikdə gümüş medal qazanaraq dörd il əvvəlki uğurunu təkrarlayıb.[1] 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda dörd il əvvəl olduğu kimi, yenə də finala keçə bilməyib.
1957-ci ildə 100 metr məsafəyə qaçış üzrə şəxsi yarışda, 1958-ci ildə isə 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışda SSRİ çempionu adını qazanıb.[1]
Yuri Konovalov 2008-ci il mayın 25-də vəfat edib. O, Smolenskdəki Odinçovski qəbiristanlığında dəfn olunub.[1]