Yuri Qonçaqoviç (? — 1223) — qıpçaq xanı, Qonçaq xanın oğlu, "İqor polku haqqında dastan"ın qəhrəmanlarından biri.
Adına ilk dəfə rus salnamələrində, XIII əsrin əvvələrində rast gəlinir. 1203-cü ildə rus knyazları ilə bərabər Kiyevə basqın etmişdi. 1205-ci ildə Kiyev knyazı ilə müqavilə imzalandıqdan sonra qızını Yaroslav Vsevolodoviçə verdi.
1223-cü ildə Monqol sərkərdələri Cebe noyon və Sabutay bahadur başçılığı ilə Dəşti-Qıpçağa edilən yürüş zamanı, döyüşdə öldürüldü.