Qonçaq xan

Qonçaq xan (XII əsr1203) — Qıpçaq xanı (1170–1203).

Qonçaq xan
Şəxsi məlumatlar
Doğum tarixi XII əsr
Vəfat tarixi 1203
Atası Ətrak xan
Uşaqları

Qonçaq xan Ətrak xanın oğludur.

Volınski qara klobuklar, Qaliç və Trovsk alayları ilə birlikdə Kiyev üzərinə yeriyir. Şəhər döyüşsüz təslim olur. Qleb Yuriyeviç qaçaraq digər qıpçaq tayfalarına pənah aparır və bir aydan sonra Qonçaqla qayıdıb Mistislavı Kiyevdən qovur. Başı bəlalı knyaz 1170-ci ildə vəfat edir. Onun oğlu Roman Novqorodu tərk edir, yerini isə Andrey Boqolyubski ilə olan sazişə əsasən Rürik Rastislaviç tutur. Belə hesab etmək olar ki, ənənəvi qayda bərpa olunur; Rusun əsas şəhərləri Böyük çöl ilə əvvəlki mehriban münasibətlərin tərəfdarı olan knyazların əlindədir. Lakin Kiyev boyarları və kilsə bir daha öz gücünü göstərir. 1171-ci ildə Qleb Yuriyeviçi zəhərləyirlər.

1180-ci ildə Rastislaviçlər qanlı döyüşdən sonra Kiyevi ələ keçirirlər. Çerniqov knyazı Yaroslav və kovuylar, həmçinin İqor Svyatoslaviç Qonçaq və Kobyakın qıpçaq alayları ilə Svyatoslavın köməyinə tələsir. 1181-ci ildə Kiyev geri alınır. Lakin Dnepr çayı sahilindəki döyüşdə İqora və Qonçaqa güclü zərbə endirirlər. Çox güman ki, Svyatoslav öz qoşunu ilə Kiyevdə oturubmuş. Lakin o, öz müttəfiqlərinə heç bir köməklik göstərmir. Danışıqlar nəticəsində Svyatoslav Kiyev taxtında qalır. Əslində isə o, öz hakimiyyətini Rüriklə bölüşdürməli olur. İndi iki qüdrətli knyaz nəsli barışıb saziş bağladıqdan sonra köçərilərlə əlaqədar "Mistislav siyasəti"ni yeritmək olardı. Kiyev boyarları və kilsə bunu səbirsizliklə gözləyirlər. Öz miqyası ilə Mistislavın 1168-ci ildəki həbi səfərindən heç də geri qalmayan 1184-cü il yürüşündə on bir knyazlığın orduları, torkların (türklərin) altı qoşunu iştirak edirdilər. Bu yay yürüşü qıpçaqlar üçün gözlənilməz olur. Onların 17 knyazı, 7000 kişi, qadın və uşaq əsir alınıb Rusiyaya aparılır.[1] 1185-ci ildə qıpçaqlar Kiyev üzərində hücuma cavab zərbəsi vurmağa hazırlaşırlar. 1185-ci ilin fevralında Qonçaqın ordusu qış yolu sayılan Sula çayına yaxınlaşır. Svyatoslav və Rürik Sula çayı sahillərinə özləri yönəlirlər. Torkun atları Xopal çayını keçərək Qonçaqın mövqeyinə gözlənilməz zərbə endirirlər. Qonçaq geri çəkilir.

Qıpçaq xanı Ətrakın oğlu Qonçaq çariça Tamarın sarayında xidmətdə olmuşdur və həmin mərasimdə iştirak etmişdir. III Georginin dövründə (1155–1184) Gürcüstana 10 min qıpçaq türkü köçürülmüşdü.

Qonçaq xan həmyerlilərinin yasadıgı Gürcüstan dövləti ilə sıx əlaqələr qurmusdu. Rus məxəzlərində onun ordusunda xidmət edən əsgərlərdən Gürcüstandan gətirildiyi guman edilən bir müsəlmanın döyüs zamanı heç kəsin görmədiyi canlı od atan silahdan istifadə etməsi faktı xüsusi vurgulanır.

  1. Плетнева С.А. Половцы. М., 1990, c. 72

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]