Yusif Gədikli

Yusif Gədikli (türk. Yusuf Gedikli; 1954) — Türkiyə ədəbiyyatşünası, publisistitərcüməçi

Yusif Gədikli
Doğum tarixi 1954
Fəaliyyəti müəllim

1954-cü ildə Trabzona bağlı Akçaabat ilçəsinin Kuruçam kəndində anadan olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə (1967), orta məktəbi Akçaabatda (1970), lisey təhsilini Vanda (1974) bitirmişdir.[1] 1975-1980-ci illərdə Ərzurum Atatürk Üniversiteti Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyatı bölümündə təhsil almışdır. Universitetdən “Hüseyn Cavid Rəsizadənin “Uçurum” və “İblis” dramları üzərində bir çalışma; incələmə - mətn” mövzusunda yazdığı araşdırma ilə məzun olmuşdur. Magistratura 1992-ci ildə İstanbul Universitesinin jurnalistika bölümünü bitirmişdir. “Azərbaycan mətbuatında əlifba müzakirələri (1990-1992) mövzusunda magistr dissertasiyası müdafiə etmişdir. 1993-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda doktorantura təsili almış,“Şəhriyarın həyatı və sənəti (türkcə divanı əsasında)” mövzusunda (17 mart 1995) dissertasiya müdafiə etmişdir. 1974- 2001-ci illərdə Türkiyənin Zonguldak, Ərzurum, Trabzon, Ankara və İstanbul şəhərlərində sağlık məmuru, müəllim və rəhbər vəzifələrdə çalışmışdır. Güzin xanımla evlilikdən Betül ve Mustafa adlı iki övladı vardır. Hərbi xidmətini 1982-ci ildə Ərzincanda yerinə yetirmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Yusif Gədikli çoxyönlü və ensiklopedik bir şəhsiyyət olub bir çox sahədə əsərlər yaratmışdır. 1978-ci ildə, hələ Sovetlər Birliyi dönəmində çağdaş Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalara başlamış və bu sahədəki çalışmaları ilə tanınmışdır. Daha sonra yaxın Türk tarixinə maraq göstərmişdir. Onun Türkiyənin problemlərinə yönəlik yazıları maraq doğurmuşdur.

2002-ci ildən etibarən Türk qövm, şəxs və yer adlarının etimologiyası üzərinə çalışmağa başlamışdır. Çin qaynaqlarındakı bir çox hun dilində kəlməni çözməyə nail olmuşdur. Bu sahədəki çalışmaları ilə türkologiyada yeni çığır açmışdır. 1995-ci ildə dilçilikdə əks-səda doğuran “Dillərin şifrəsi - dillerin kökəni və törəyişi” əsərini yazıb bitirmişdir.

İndiyə qədər 40-a yaxın kitabı və 500-dən artıq məqaləsi yayınlanmışdır. Ən önemli eserleri “Dillərin şifresi – dillərin kökəni və törəyişi” ilə “Hun türkcəsi üzərinə araşdırmalar və incələmələr” başlıqlı silsilə məqalələridir.

Kıbrısın çözümü haqqında yazdığı “Kıbrıs məsələsi: Nasıl bir çözüm?” (2002), “Kıbrısda ən uyğun çözüm hansıdır?” (2003), “Şəhriyar və bütün türkcə şeirləri” (1990, 1991, 1997, 2018) və Hun türkcəsinə aid Çin dilindəki mətnlərin çözüldüyü məqalələri (2006-2019) elmi mühitdə ciddi maraq doğurmuşdur.

Azərbaycanla bağlı kitabları

[redaktə | mənbəni redaktə et]
  • Çağdaş Azeri Şiiri Antolojisi, Burçak y., İstanbul 1983, XXIII + 257 s.
  • Dost Elinden Gelen Turna (Çağdaş Azerbaycan Hikâyeleri Antolojisi), Acar Reklam y., İstanbul 1987, XL + 469 s.
  • Azerbaycan’ın Sesi, Refik Zekâ Handan, Tanıtım y., İstanbul 1989, 144 s.

Azərbaycan türkcəsindən çevirmələri

[redaktə | mənbəni redaktə et]
  • Karabağ Hanlığının Tarihi (Ahmed-Bey Cavanşir’den).
  • Türk Lehçelerinin Karşılaştırmalı Dilbilgisi (Ferhat Zeynalov‘dan, Cem y., İstanbul 1993, 416 s.).
  • Sihirli Ağaç (çocuk kitabı, Ali Samedoğlu’ndan, Çocuk Vakfı y., İstanbul 1993, 78 s.).
  • Şuşa Dağlarını Duman Bürüdü (Elçin’den, Ötüken n., İstanbul 1994, 320 s.).
  • İkinci baskı 1997, aynen.
  • Kıyamet Günü (Yusuf Samedoğlu’ndan, Ötüken n., İstanbul 1995, 272 s.).
  • Beş Katlı Evin Altıncı Katı (Anar’dan, Ötüken n., İstanbul 1995, 280 s.).
  • Ölüm Hükmü (Elçin’den, Ötüken n., İstanbul 1996, 506 s.).
  • Kaçak Kerem (Ferman Eyvazlı’dan, Kültür Bakanlığı y., Ankara 1998, XVIII + 467 s.).
  • Belli Başlı Dönemleri ve Zirve Şahsiyetleriyle Azerbaycan Edebiyatı (Yaşar Karayev’den, Ötüken n., İstanbul 1999, 405 s.).
  1. Hər şənbə bu yerdə Tofiq Abdin[ölü keçid]