Yusif Nabi (1642[1][2][…], Şanlıurfa – 10 aprel 1712 və ya 13 aprel 1712[3], Konstantinopol[4]) — türk şairi.
Yusif Nabi | |
---|---|
Doğum tarixi | 1642[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 aprel 1712 və ya 13 aprel 1712[3] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Yusif Nabi Vikimənbədə |
Yusif 1642-ci ildə Urfada anadan olmuşdur. Şair idi. Nabi təxəllüsü ilə yazırdı. Firudin bəy Köçərli onun haqqında yazır: "Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) Xeyriyyeyi-Nabi."[5]