Yusif Yılmaz (1978, Güneysu[d], Rizə ili) — Türk alim, professor, həkim və Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru.
Yusif Yılmaz | |
---|---|
Vəzifədədir | |
8 iyul 2022-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1978 |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | tədqiqatçı |
Elmi fəaliyyəti | |
Elm sahəsi | daxili xəstəliklər, Qastroenterologiya, Hepatologiya |
Elmi dərəcəsi |
|
Elmi adı |
Yusif Yılmaz 1978-ci ildə Rizə ilinin Güneysu ilçəsində anadan olub. 1996-2002-ci illərdə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində təhsil alıb. 2002-ci ildə Uludağ Universitetinin Tibb fakültəsinə qəbul olub. 2007-ci ildə məzun olduqdan sonra daxili xəstəliklər uzmanı adını alıb. 2008-ci ildə Mərmərə Universitetinin Tibb Fakültəsinin Qastroenterologiya kafedrasında subixtisas təhsilinə başlayıb. 2011-ci ildə məzun olaraq qastroenterologiya uzmanı adını alıb.[2] Həmin il dosent imtahanını uğurla verən Yusif Yılmaz 2012-ci ildə Mərmərə Universitetinin Tibb Fakültəsində işə başlayıb.[3]
2022-ci il iyulun 8-də Rəsmi Qəzetdə dərc olunan Prezidentin sərəncamı ilə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Webometrics 2006 məlumatlarına görə, Dr. Yusuf YILMAZ gənc akademik olaraq təkcə Tibb sahəsində deyil, bütün elm adamları arasında Türkiyədə elm adamları arasında 223-cü yeri tutma uğurunu qazanıb.
2017-ci ildə tibb fakültəsinə təyin olunmuş ən gənc “professor” oldu. 2018-ci ildə dünyanın "Tibb elminə yön verən 100 türk" sırasına daxil olub.
Yusif Yılmaz Avropadan beynəlxalq NASH komitəsinə seçilən azsaylı alimlərdən biridir. O, həmçinin Avropa Qaraciyər Tədqiqatları Assosiasiyasının, Amerika Qaraciyər Tədqiqatları Assosiasiyasının və Amerika Xroniki Qaraciyər Fondunun üzvüdür.[3]