Yustinian körpüsü və ya Sanqarius körpüsü (xalq arasında Beşköprü) — müasir Türkiyənin ərazisində, Anadoluda Sakarya çayı üzərindən keçən Roma körpüsü. Paytaxt Konstantinopol və imperiyanın şərq əyalətləri arasında əlaqəni yaxşılaşdırmaq üçün Şərqi Roma İmperatoru Yustinian I (e.ə. 527-565) tərəfindən inşa edilmişdir. Körpünün adı o dövrün bir neçə müəllifi tərəfindən çəkilmişdir, ilk dəfə kiçik Plini tərəfindən imperator Trayana təklif olunan[1] Bosfordan kənarda gəmi kanalının inşası layihəsi ilə əlaqəlidir[2].
Yustinian körpüsü | |
---|---|
40°44′24″ şm. e. 30°22′12″ ş. u. | |
Keçid | Bizans dövründə Konstantinopoldan şərqə gedən yol |
Yeri | Sakarya ili |
Üslubu | Tağ körpüsü |
Material | Əhəng daşı |
Uzunluğu |
|
Hündürlüyü | 10 m |
Açılışı | 562-ci il |
Vikianbarda əlaqəli mediafayllar |
2020-ci ildə Yustinian körpüsü YUNESKO-nun Dünya İrsi siyahısına salındı.[3]
Yustinian körpüsü Anadolunun şimal-qərbində, qədim Vifiniya bölgəsində, Adapazarı şəhərindən təxminən 5 km cənub-qərbdə yerləşir.[4] Müasir günümüzdə körpü Çark Deresi adlı axın üzrəindən keçir, hansı ki yaxınlıqda yerləşən Sapanca gölündən axır; daha geniş Sakaryanın müasir qolu şərqdən 3 km məsafədə yerləşir.
Antik dövrdən orta əsrlərə qədər körpü mühüm bir məqsədə xidmət edirdi: Bosfor körfəzindən, Sasanilər İmperiyası hücumu təhlükəsi altında qalan Roma İmperiyasının şərq vilayətlərinə gedən strateji əhəmiyyətli hərbi yolun kəsişməsi idi.[5] Daş körpünün inşasından əvvəl burada ponton körpüsü var idi, hansı ki Prokopi Qeysəriyyəyə əsasən çayın daşması zamanı tez-tez dağılırdı və bir çox insan həyatı bahasına gəlirdi.[6]
Daş körpünün tikilmə tarixi o dövrün mənbələri əsasında olduqca dəqiq müəyyən edilə bilər: Pavel Silentariy və Aqafiyin 562-ci il tarixli iki tərifləyici poemaları onun tikintisinin başa çatmasını qeyd edir, salnaməçi Feofan isə yazır ki, tikinti işləri dünyanın yaranmasından 6052-ci ildə başlamışdır, bu da 559-560 ilə təsadüf edir.[7] Digər tərəfdən, Prokopi Qeysəriyyə Yustinianın tikinti layihələri üzərində işini (De Aedificiis) yazarkən körpünün hələ tikilmədiyini iddia etdiyi üçün, bu tikintinin 560-561-ci illərdə başlandığını və əvvəlcədən hesablanmış tarixdən beş-altı il sonra 562-ci ildə tamamlandığını mənasını verə bilər.[8] Lakin Feofanın tarix qoymasının bir qədər qeyri-dəqiq olduğunu nəzərə alsaq, körpü tikintisinin təxminən 554-cü ildə başlandığını güman etmək olar.[9]