Yuta Nakayama

Yuta Nakayama (中山 雄太, Nakayama Yūta?, 16 fevral 1997, İbaraki, Yaponiya)Erediviziya təmsilçilərindən olan Zvolle klubunda hücumçu kimi çıxış edən peşəkar Yaponiya futbolçusudur.[1]

Yuta Nakayama
yap. 中山雄太
Ümumi məlumatlar
Tam adı Yuta Nakayama
Doğum tarixi (27 yaş)
Doğum yeri İbaraki, Yaponiya
Vətəndaşlığı
Boyu 181
Çəkisi 76 kq
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub Niderland Zvolle
Nömrəsi 4
Karyerası
Gənclik karyerası
2011—2014 Yaponiya Kaşiva Reysol
Klub karyerası[* 1]
2015—2019 Yaponiya Kaşiva Reysol 76 (6)
2015  Yaponiya C. Liqa U-22 12 (0)
2019—h.h Niderland Zvolle 0 (0)
Milli yığma[* 2]
2012—2013 Yaponiya Yaponiya U-16 2 (0)
2013—2014 Yaponiya Yaponiya U-17 6 (0)
2015 Yaponiya Yaponiya U-18 10 (0)
2016 Yaponiya Yaponiya U-19 14 (0)
2017 Yaponiya Yaponiya U-20 6 (0)
2018—h.h Yaponiya Yaponiya U-21 3 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Nakayama peşəkar karyerasında debütünü 6 may 2015-ci ildə Vyetnam təmsilçisi olan Bin Duonq klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılmışdır. Qo Dau stadionunda keçirilən AFK Çempionlar Liqası görüşündə Kaşiva rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur.[2] O, karyerasında ilk qolunu 13 iyul 2016-cı ildə Sanfrekke Hiroşima klubuna qarşı oyunda etmişdir. O, 5-ci dəqiqədə qolla yadda qalmışdır. C1 Liqası görüşündə Kaşiva rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır.[3]

15 yanvar 2019-cu ildə Nakayama Erediviziya təmsilçilərindən olan Zvolle klubu ilə 3 illik müqavilə imzalamışdır.[4]

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

2017-ci ilin may ayında Nakayama Yaponiya U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir. O, 4 oyunda müdafiənin mərkəzi cinahında çıxış etmişdir.

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]

23 fevral 2018-ci il məlumatlarına əsasən.[5][6]

Klub performansı Liqa Kubok Liqa Kuboku Kontinental Ümumi
Mövsüm Klub Liqa Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Yaponiya Liqa İmperator Kuboku C. Liqa Kuboku AFC Ümumi
2015 Kaşiva Reysol C1 Liqa 1 0 0 0 1 0 2 0 4 0
2016 26 2 2 0 4 0 32 2
2017 30 1 4 0 4 0 38 1
Ümumi 57 3 6 0 9 0 2 0 74 3

Fərdi

  1. "Yuta Nakayama - Profile". FIFA. 16 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 April 2018.
  2. "BINH DUONG VS. KASHIWA REYSOL 1 - 0". Soccerway. 27 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2015.
  3. "Kashiwa Reysol vs. Sanfrecce Hiroshima 3 - 3". Soccerway. 5 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2019.
  4. Yuta Nakayama nieuwe aanwinst PEC Zwolle Arxivləşdirilib 2022-07-15 at the Wayback Machine PEC Zwolle, 15 januari 2019
  5. Nippon Sports Kikaku Publishing inc./日本スポーツ企画出版社, "J1&J2&J3選手名鑑ハンディ版 2018 (NSK MOOK)" Arxivləşdirilib 2020-11-19 at the Wayback Machine, 7 February 2018, Japan, ISBN 978-4905411529 (p. 32 out of 289)
  6. Nippon Sports Kikaku Publishing inc./日本スポーツ企画出版社, "2017 J1&J2&J3選手名鑑 (NSK MOOK)" Arxivləşdirilib 2020-04-11 at the Wayback Machine, 8 February 2017, Japan, ISBN 978-4905411420 (p. 64 out of 289)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]