Yuval Noah Harari (ivr. יובל נח הררי; 24 fevral 1976[1][2][…]) – İsrail tarixçisi. Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir.[3] "Sapiens: Bəşəriyyətin qısa tarixi" (2014) və "Homo Deus: Sabahın qısa tarixi" (2015) əsərlərinə görə tanınır. Onun əsərləri iradə azadlığı, şüurlanma və intellekt kimi mövzulara toxunur.
Yuval Noy Harari | |
---|---|
ivr. יובל נח הררי | |
Doğum adı | יובל נח הררי |
Doğum tarixi | 24 fevral 1976[1][2][…] (48 yaş) |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi |
|
İş yeri | |
Təhsili | |
ynharari.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuvalın ilkin nəşrlərində adını qeyd etdiyi məqamlardan biri 70.000 il əvvəl baş vermiş "təfəkkür inqilabı"dır. Belə ki, bu inqilab sayəsində Homo sapiens rəqibləri neandertalları üstələmiş, idrak edilən dil formalaşdırmış, mürəkkəb cəmiyyətlər yaratmış, digər yırtıcı heyvanları keçmişdirlər.
Alimin son kitabları daha çox öyrədici xarakter daşıyır. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq.[4][5]
Yuval Noah Harari 26 fevral 1976-cı ildə İsrailin Kiryat-Ata şəhərində anadan olub. Hayfa şəhərində Şərqi Avropa yəhudisi mənşəli sekulyar ailədə böyüyüb.[6]
Yuval Harari əvvəlcə 1993–1998-ci illərdə oxuduğu Yerusəlim Yəhudi Universitetində orta əsrlər tarixi və hərb tarixi ixtisaları üzrə ixtisaslaşmışdır. O, fəlsəfə üzrə doktorantura dərəcəsini 2002-ci ildə Oksford İsa Kollecində tamamlamışdır. Daha sonra 2003–2005-ci illərdə Yad Hanadiv-in başçılığı ilə tarix təhsilini davam etdirmişdir.[7]
Harari bir çox kitab və məqalə nəşr etdirmişdir: "Cəngavərlik dövründə xüsusi əməliyyatlar, 1100–1550";[8] "Ən yüksək təcrübə: Döyüş meydanı kəşfləri və müasir müharibə mədəniyyətini formalaşdırmaq, 1450–2000";[9] "Dünya tarixində həlledici döyüşlər konsepsiyası"[10] və "Kreslolar, qəhvə və hakimiyyət: Göz şahidləri və ətdən şahidlər müharibə haqqında danışır, 1100–2000".[11] O, hazırda dünya tarixi və makrotarix proseslər sahələrində ixtisaslaşır.
Ən məşhur əsəri "Sapiens: Bəşəriyyətin qısa tarixi" kitabı 2011-ci ildə ivrit dilində, 2014-cü ildə ingilis dilində nəşr olunmuşdur. Hazırda isə Azərbaycan dili də daxil olmaqla, 30-dan çox dilə tərcümə olunub.[12] Kitab bəşəriyyətin çox geniş inkişaf tarixindən (Homo sapiensin Daş dövründəki təkamülündən XXI əsrdəki siyasi və texnoloji inqilablara qədər) bəhs edir. İvrit versiyası İsraildə bestseller olmuş, akademik cəmiyyətdə və ümumi ictimaiyyətdə böyük marağa səbəb olmuşdur.[13] Hararinin ivrit dilindəki dünya tarixindən bəhs edən mühazirələrinin YouTube videoları on minlərlə israilli tərəfindən izlənib.[14]
Harari həmçinin ingilis dilində "Bəşəriyyətin qısa tarixi" adlı onlayn kurslar verir. Dünyada 100 mindən çox şəxs bu kursa yazılıb.
Harari "Yaradıcılığına və orijinallığına" görə iki dəfə (2009 və 2012) Polonski mükafatını qazanmışdır. 2011-ci ildə hərb tarixi sahəsindəki görkəmli məqalələrinə görə Hərb Tarixi Cəmiyyətinin Monkado mükafatına layiq görülmüşdür. 2012-ci ildə Gənc İsrail Elmlər Akademiyasına seçilmişdir.
Hararinin növbəti kitabı "XXI əsr üçün 21 dərs" adlanacaq və müasir dünyadakı problemlərdən bəhs edəcək.[15] 2018-ci ilin avqustunda nəşr olunması gözlənilir.[15]
Yuval Hararinin əsas maraq dairəsi Homo sapiens indiki vəziyyətinə necə çatmışdır və gələcəyi necə olacaq suallarına cavab tapmaqdır. Əsas diqqət mərkəzində saxladığı suallar makrotarixi suallardır: Tarixlə biologiya arasında nə əlaqə var? Homo sapiens ilə digər heyvanlar arasındakı əsas fərq nədir? Tarixdə ədalət var? Tarixin bir istiqaməti var? Tarix irəlilədikcə insanlar daha xoşbəxt oldular?[16]
2017-ci ildə yazdığı məqalədə Harari qeyd edir ki, texnoloji prosesin inkişafı və süni intellekt sahəsindəki irəliləyişlərə görə 2050-ci ilə qədər yeni insan sinfi – istifadəsiz insan sinfi ortaya çıxa bilər. Sadəcə işsiz olan deyil, işləməyi bacarmayan insan.[17] O bildirir ki, bu məsələ gələcək illərlərdə bəşəriyyətin əsas məsələlərindən biri olacaq.[18]
Harari həmçinin kənd təsərrüfatı inqilabından bəri heyvanların əhliləşdirilməsi məsələsi barədə də fikir bildirmişdir. Harari veqandır.[6] 2015-ci ildə "Guardian" jurnalında nəşr olunmuş "Sənayeləşdirilmiş fermalar tarixin ən pis cinayətlərindən biridir" adlı məqaləsində yazır: "Sənayeləşdirilmiş ferma heyvanlarının taleyi (…) dövrümüzün ən aktual etik suallarından biridir".[19]
Harari homoseksual olduğunu açıqlamışdır. 2002-ci ildə əri İtzik Yahav ilə tanış olmuşdur.[20][21] Yahav həmçinin Hararinin şəxsi meneceridir.[22] Onlar Kanadanın Toronto şəhərində evləniblər.[23] Cütlük hazırda Yerusəlim yaxınlığındakı Mesilat Zion moşavında yaşayır.[24][25][26]
Harari qeyd edir ki, 2000-ci ildə Oksfordda ikən başladığı Vipassana meditasiyası onun həyatını dəyişib.[27][28] O, gündə iki saat bunla məşğul olur,[29] bu isə ildə 30 gün deməkdir. Meditasiya zamanı səssizliyə qapılır, kitablar və sosial şəbəkələrdən uzaq durur[16][30][31] və köməkçi meditasiya müəllimidir.[32] O, "Homo Deus" əsərini "vacib şeyləri ona öyrədən müəllimi" Şien Qoenkaya həsr etmişdir.
Harari veqandır.[6][33] 2017-ci ilin sentyabrından bəri smartfondan istifadə etməkdən imtina edib.[34]