Yuxarı Fərat bölməsi — Şərqi Anadolu bölgəsinin bir hissəsidir. Ümumiyyətlə dağlıq olmasına baxmayaraq, geniş çökəklik düzənliklərinə (Tunceli, Ərzincan, Elazığ, Malatya və Bingöl) malikdir.
Şərqi Anadolu bölgəsində təsirli olan sərt kontinental iqlim şəraiti bu hissədə daha az təsirlidir. Qış fəsli bölgənin digər yerlərindən daha mülayim keçir. Səbəb hündürlüyün azalması və bənd göllərinin mülayim təsiridir. Yağıntılar yaz mövsümünə keçmişdir.
Bölgənin əhalinin sayı və sıxlığı ən yüksək olan bölməsidir. Səbəblər iqlim şəraitinin daha mülayim olması, kənd təsərrüfatına yararlı torpaqların geniş ərazini əhatə eməsi, sənayenin inkişaf etməsi, nəqliyyat imkanlarının daha yaxşı olmasıdır.
Türkiyədə mineral müxtəlifliyi və ehtiyatları ən yüksək olan bölmədir. Bölgədə sənayenin ən çox inkişaf etdiyi hissədir. Bu hissədə yerləşən Elazığ və Malatya bölgənin ən inkişaf etmiş iki ilidir.