Su bəndləri ― müxtəlif su axarlarının qabağını kəsərək onların səviyyəsinin qaldırılması, tikilən qurğu yaxınlığında suyun təzyiqinin artırılması, və su anbarlarının yaradılması üçün istifadə edilən hidrotexniki qurğudur. Bəzi ölkələrdə bu cür bəndlədən dəniz və okeanlar hesabına yeni ərazilərin əldə edilməsi üçün istifadə olunur.[1]
Su bəndləri iki cür olur:
- Yalnız su axınının qarşısını kəsən qapalı bəndlər
- Çaylarda artıq suyu axıtmaq üçün suburaxıcıları olan bəndlər. Əsas materialına görə torpaq, daş, beton, dəmir-beton və ağac bəndlər mövcuddur. Su bəndlərinin dağılması böyük fəlakətlərə səbəb olur, çay ətrafında məskunlaşmış şəhərlərə və digər yaşayış məntəqələrinə və təsərrüfatlara böyük ziyan vurur. Su bəndlərinin dağılmasının əsas səbəblərindən layihəsiz torpaq bəndlərinin tikilməsini, təmir işlərinin vaxtında aparılmamasını və təxribatları göstərmək olar. 1997-ci ilin yayında Azərbaycanın Goranboy və İsmayıllı rayonlarında leysan yağışlarının uzun müddət yağması və dolu düşməsi nəticəsində orada layihəsiz tikilmiş kiçik su anbarlarının bəndlərində tıxac əmələ gəlmi və su kütləsinə davam gətirməyən torpaq bənd dağılmışdır. Bir sıra kəndlərə Goranboy şəhərinə, Yuxarı Qarabağ kanalına böyük zərər dəymişdir.
- ↑ Fövqəladə hadisələrin təsnifatı- BAKI 2001