Yuxu xaşxaşı

Yuxu xaşxaşı (lat. Papaver somniferum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.

Yuxu xaşxaşı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Birillik ot bitkisi olub, hündürlüyü 100-150 sm olub, tərkibi çoxlu şirəyə malikdir. Gövdəsi düzqalxan, sıxyarpaqlı, göyümtül-yaşıl, yuxarı hissəsi adətən budaqlıdır. Yarpaqları növbəli, göyümtül, sıx,  və ya aşağı hissəsi damarlı, nadir hallarda tükcüklüdür. Kökətrafı yarpaqlarının uzunluğu 30 sm, çətir kimi toplanmış, qısa saplaqlı, ellipssəkilli, iridişcikli və ya kəsilmiş-pərli olub, kənarları kəskin dişciklidir. Gövdə yarpaqlarının uzunluğu 20 sm, enli ellipssəkilli və ya tükcüklü itidişciklidir. Çiçəkləri 1-10 saylı, iri, gövdə zirvəsi budaqlanan, çiçəkləri uzun və yağlı şişkindir. Çiçəkləmə dövründə başı aşağı əyilmiş çiçəklər hamar, tərkibində tiryək olan sortlar göyümtül-yaşıl, uzunsov-ellipssəkilli, zirvəsinin uzunluğu 3-4,5 sm, yağlı sortlarda isə onların ölçülərinin uzunluğu 2-2,5 sm, aşağı hissəsi qırmızı-bənövşəyi və ya tam yaşıl, enli-ellipssəkillidir. Kasacığı çılpaq, çiçəkləmədən əvvəl açılmağa başlayır. Çiçək tacı 4 ləçəkli, çoxçiçəkli, müxtəlif rəngli (ağ, bənövşəyi, qırmızı, çəhrayı) olub, uzunluğu 30 sm-dir. Ləçəklər əsasən tünd rənglidir. Meyvələrin qutucuqlarının diametri 5sm olub, dairəvidir. Toxumları açıq-sarı (tiryək sortlarında), mavi, sarı və ya sarımtıl - qara (yağlı sortlarda) olur. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvələri yetişdikdə toplanılır.

Qutucuqları yetişdikdə toplanılaraq tiryək alınır.

Özünəməxsus iylidir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Qutucuğunda izoxinolin sırası alkaloidləri, müxtəlif qruplu 20-ə qədər alkaloidlər vardır. Başlıca olaraq fenantrenizoxinolin: morfin, kodein, tebain, benzilizoxinolin: papaverin, narkotin, naçein alkaloidləri vardır. Qutucuqlarında yetişmə zamanı 2,5%-ə qədər şirəyə rast gəlinir. Yağlı sortlarında yetişmə zamanı toxumlarının tərkibində 0,3-0,6% morfin, 0,08% nakotin, 0,07% kodein və 0,05% papaverin vardır.

Ağrıkəsici dərman olub, narkotik analeptikdir.  

Birillik ot bitkisi olan lalənin döyülmüş qutucuq və toxumları (xammal) yuxugətirici və ağrıkəsici kimi keyfiyyətli dərman bitkisidir.

Morfin hydrochlorid, 1%-li məhlulu, 0,01 q həbi vardır. Ağrıkəsici narkotik analeptikdir.  

Morfilonq, 0,5%-li inyeksiyadır. Ağrıkəsici narkotik analeptikdir.  

Omnopon, 1-2%-li inyeksiyadır. Ağrıkəsici narkotik analeptikdir.  

Kodein, «Kodelakt», «Kodterpin», Bexteriyev miksturası.

Tərkibindəki morfin yuxugətirici və ağrıkəsici kimi digər alkaloidlərdən daha çox üstünlük təşkil edir. Az dozası ağrıkəsici, yüksək dozası isə yuxugətirici, eyforiya effekti əmələ gətirməklə, morfinizm yaradır.

Morfin-hidroxloridin travma və şok əleyhinə hallarda işlədilir.

Kodein fosfat keyfiyyətli öskürəkkəsici preparatdır.

Papaverin-hidroxlorid spazmolotik dərman kimi damar spazmlarının (hipertoniya, stenokardiya, miqren) götürülməsində, saya əzələlərinin spazmlarını aradan qaldıraraq, bağırsaq ağrılarında və bronxial astmada yaxşı nəticə verir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 508.