Yuyçzülyü Tulun

Yuyçzülyü Tulun (v. 492) - Jujan dilindəki adı ilə "Daimi xaqan" 485-cü ildə atasından sonra taxta çıxmış jujan xaqanı idi.

Yuyçzülyü Tulun
郁久閭豆崙
485 – 492
ƏvvəlkiYuyçzülyü Yuçenq
SonrakıYuyçzülyü Naqay
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Yuyçzülyü Yuçenq

Hakimiyyəti dövründə daim Şimal Vey sərhədlərinə axınlar olsa çox güclü döyüşlər olmurdu. Nazirlərindən biri olan Şiloxeu ona sülh təklif etsə də o naziri vətənə xəyanətlə günahlandıraraq edam etdirdi. Xaqanın hakimiyyəti bir çoxları tərəfindən zülm kimi görünürdü. 12 ailədən ibarət Fufuluo qəbiləsi ona üsyan edərək şimala qaçdı və Qaoçe Ulu Bəyliyini qurdu. Dövlətin ard-arda məğlubiyyətlərinə dözməyən jujanlar saray çevrilişi edərək Tulunu devirdilər və taxta onun əmisi Naqayı gətirdilər.