Zöhhak Abbasov

Abbasov Zöhhak Yaqub oğlu (10 aprel 1939, Sarov, Qasım İsmayılov rayonu1 mart 2019) — Azərbaycan alimi, texnika elmləri doktoru (1989), professor (2012), AMEA-nın müxbir üzvü (2001).[1][2]

Zöhhak Abbasov
azərb. Abbasov Zöhhak Yaqub oğlu
Doğum tarixi 10 aprel 1939(1939-04-10)
Doğum yeri
Vəfat tarixi 1 mart 2019(2019-03-01) (79 yaşında)
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
İş yerləri
Təhsili
Üzvlüyü

Zöhhak Abbasov 10 aprel 1939-cu ildə Goranboy rayonunun Sarov kəndində anadan olmuşdur. O, 1956-cı ildə Gəncə Neft Texnikumunu, 1961-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası Dağ mühəndis ixtisası üzrə bitirmişdi.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zöhhak Abbasov 1965-ci ilə qədər Xəzəryanı geoloji kəşfiyyat ekspedisiyasında (Qazaxıstan) operator, böyük geoloq, baş geoloq işləyib. 1965–1975-ci illərdə "Qaradağ-neft" NQÇİ nəzdində Elmi-tədqiqat istehsalat işləri sexinin elmi-tədqiqat laboratoriyasında mühəndisdən rəisə qədər müxtəlif vəzifələrdə işləmişdir.[1][2]

Zöhhak Abbasov 1997-ci ildən ABŞ-nin Neftçi-Mühəndislər Cəmiyyətinin üzvü olmuşdur. Alim cəmiyyətin Azərbaycan bölməsinin yaradıcılarından biri olmuş, 2000-ci ildən cəmiyyətin Azərbaycan bölməsinin vitse-prezidentidir. O, 1997–1998-ci illərdə bu təşkilatın vitse-prezidenti vəzifəsini icra etmişdi. Eyni zamanda respublika qrant layihələrinin rəhbəri və iştirakçısı idi.[1][2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zöhhak Abbasov 1969–1973-cü illərdə Azərbaycan EA DNQYPİ-nun aspirantı olub. 1973-cü ildə "Su-neft emulsiyalarının yaranma mexanizminin və onların fiziki xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1975–2003-cü illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi , "Neft-qaz hasilatı texnikası" laboratoriyasının rəhbəri, elmi işlər üzrə direktor müavini işləyib. 1989-cu ildə "Quyularda qaz-maye qarışıqlarının ayerozol strukturunun hərəkətinin qaz-hidrodinamik əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə Abbasov Z. Y. AMEA-nın müxbir üzvü seçilmişdir.[1]

2003-cü ildən indiyə qədər Azərbaycan MEA Geologiya və Geofizika İnstitutunda "Neft-qaz hasilatı texnikası" laboratoriyasının müdiridir. Abbasov Z. Y. neftin. qazın, qazkondensat qarışığının quyu üsulu ilə hasilatı problemləri üzrə tanınmış alimdir.[2]

Elmi tədqiqatların sahəsi: qaz-maye qarışıqlarının hərəkətinin hidrodinamiki əsaslarının yaradılması, yüksək təzyiqlərdə təbii karbohidrogen sistemlərinin faza vəziyyətlərinin öyrənilməsinin təcrübi və nəzəri termodinamiki üsulları və onların nəticələrinin praktikada tətbiqi məsələləri.[1][2]

Abbasov Z. Y. 162 elmi məqalənin, 3 monoqrafiyanın, 3 metodik vəsaitin müəllifidir. İxtiralara görə 5 müəlliflik şəhadətnaməsi, Azərbaycanın və Rusiya Federasiyasının bir patentini alıb. "SSRİ İxtiraçısı" nişanı ilə mükafatlanıb. Onun rəhbərliyi ilə 8 elmlər namizədi yetişdirilmişdi.[1]

  • Dvijenie qaza i qazokondensatnıx smesey v skvajinax (Bakı, 1986);
  • Metodı rasçetov statiçeskoqo i dinamiçeskoqo zaboynoqo davlenie v qazovıx i qazokondensatnıx skvajinax (Bakı, 1993);[2]
  • "Tərəqqi" medalı;[1][3]
  • "Əmək veteranı" medalı;[1]
  • "SSRİ ixtiraçısı" medalı;[1]
  • "Şöhrət" ordeni;[3]
  1. 1 2 3 4 5 6 7 8 9 10 "Abbasov Zöhhak Yaqub oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 "Abbasov Zöhhak Yaqub oğlu" (Azərbaycan). ensiklopediya.gov.az. 17.9.2018 tarixində arxivləşdirilib.
  3. 1 2 "Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamı" (Azərbaycan). azertag.az.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]