Sarov — Azərbaycan Respublikasının Goranboy rayonunun Sarov kənd inzibati ərazi dairəsində kənd.[1]
Sarov | |
---|---|
40°43′29″ şm. e. 46°35′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Sarov kəndi Gəncə-Qazax düzənliyindədir. Oykonim özündə Sərab mahalının adını əks etdirir. Yasayış məntəqəsi 1820-ci ildə Şəkiyə, oradan isə bu əraziyə köçmüş ailələr tarəfindən məskunlaşmışdı. Sonralar Qarabağdan, Gəncə ətrafı kəndlərdən, Qazax, Gədəbəy r-nlarından, Dağıstandan gəlmis ailələr də burada yerləsdilər. İkinci kənd isə həm də Erməni Sarov, Təzə Sarov, Paşakənd də adlanır. 1937-ci ildə Ermənistanın Axta (indiki Razdan) rayonunun Paşakand (indiki Marmarik) kəndindən yerli azərbaycanlıları köçürüb ennəniləri yərləşdirdilər. Azərbaycan ailələr isə buraya gəlib Sarov kəndinə məxsus torpaq sahəsində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoydular. Kəndin adl 1992-ci ildən Sarovlu kimi rəsmiləşdirilmisdir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 914 nəfər əhali yaşayır.[3]
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |