Zöhrə Abdulla qızı Abdullayeva (18 dekabr 1952, Şuşa, DQMV – 26 may 2021, Bakı) — Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti (2011).
Zöhrə Abdullayeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 dekabr 1952 |
Doğum yeri |
|
Vəfat tarixi | 26 may 2021 (68 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sklerodermiya[1] |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Mükafatları |
Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. Sara Qədimova, Əbülfət Əliyev, Yavər Kələntərli kimi sənətkarlardan fərdi muğam dərsləri alıb. İlk müəllimi Rəhilə Həsənova olub. Peşəkar səhnəyə isə İslam Rzayev gətirib.[2]
Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərmişdir.
Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir.
Dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib. 1985-ci ildə "İstedadlar axtarılır" konsert müsabiqəsinin qalibi olub. 2000-ci ildə Bağdadda "Babil festivalı"nın diplomuna layiq görülüb.
Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurmuşdur. Bir oğlu, iki nəvəsi vardır. Oğlu 24 may 2018-ci ildə ağır xəstəlikdən vəfat etmişdir.[3]
Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.[4] Xırdalanda dəfn olunmuşdur.[5]