Məmmədbağır Bağırzadə (21 iyul 1950, Nardaran – 30 oktyabr 2005, Bakı) — müğənni, bəstəkar. Azərbaycanın xalq artisti (2002).
Məmmədbağır Bağırzadə | |
---|---|
Ümumi məlumatlar | |
Digər adı | Məmmədbağır Bağırov |
Doğum tarixi | 21 iyul 1950 |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 2005 (55 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir.[1]
Məmmədbağır Bağırzadənin sənət yolu toylardan və el şənliklərindən başlamışdır. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdir.
Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olmuşdur. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.
30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. Nardaran qəbristanlığında dəfn edilmişdir
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |