Zülalovlar

ZülalovlarAzərbaycanın tanınmış soylarından biri.

Zülalovlar

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

Zülalovlar nəsli Qarabağın Şuşa şəhərinin Qurdlar məhəlləsində yaşayırdılar. Əsasən dabbaqlıqla güzəran keçirirdilər. Bu nəsil bütün Qarabağda dabbaqlıq, papaqçılıq və kürkçülüklə məşhur idilər. Əbdülbağının səsi bu nəsli qalxındırdı. Ticarətə və digər yüksək peşələrə yiyələndilər. Yeni tipli məktəblərdə oxudular, savadlandılar.

Bu soyun ulu babası Zülaldır. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şuşa şəhərində yaşamışdı. Sənətkarlıqla məşğul idi. Onun övladlarını Əhməd xan İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin rəiyyətləri arasında kameral siyahıya alıblar. Onun törəmələri Zülalov soyadını daşıyırlar.

Zülal Bədirlə ailə qurmuşdu. Əli, Zeynal, Kəlbəli, Qasım adlı oğulları, Vəzifə, Ballı adlı qızları vardı.

Soyun məşhur nümayəndələri

[redaktə | mənbəni redaktə et]

Elmira Əli qızı Zülalova, Solmaz Əli qızı Zülalova, Zemfira Əli qızı Zülalova

  • Ənvər Çingizoğlu. Zülalovlar: Sənətdən sənətkarlığa. "Soy" dərgisi, 9 (29), Bakı, 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]