Züleyxa Həsənova (tütünçü)

Züleyxa Əsgəralı qızı Həsənova (31 yanvar 1927, Gəyəçöl1 dekabr 2011, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana (1965).

Züleyxa Həsənova
Şəxsi məlumatlar
Doğum tarixi 31 yanvar 1927(1927-01-31)
Doğum yeri
Vəfat tarixi 1 dekabr 2011(2011-12-01) (84 yaşında)
Vəfat yeri
Partiya

Təltifləri Sosialist Əməyi Qəhrəmanı Qəhrəman ana
"Lenin" ordeni “Əmək igidliyinə görə” medalı

Züleyxa Həsənova 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olub[1]. 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z. Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z. Həsənovaya həm də "Qəhrəman ana" fəxri adı verilib.

1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Z. Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]