Zülfüqar Məmmədov (akademik)

Zülfüqar Mehdi oğlu Məmmədov (21 mart 1903, Yelizavetpol15 iyul 1971, Bakı) — akademik, cərrahiyyə sahəsi üzrə tanınmış alim.

Zülfüqar Məmmədov
1943 – 1946
ƏvvəlkiBalababa Məcidov
SonrakıBahadur Eyvazov
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1903(1903-03-21)
Doğum yeri
Vəfat tarixi 15 iyul 1971(1971-07-15) (68 yaşında)
Vəfat yeri
Fəaliyyəti alim

Təltifləri "Qırmızı ulduz" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Zülfüqar Mehdi oğlu Məmmədov 1903-cü il mart ayının 21-də Gəncə şəhərində anadan olmuşdur.

1921-ci ildə Yelizavetpol (Gəncə) gimnaziyasını bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir.

Z. Məmmədov 1936-cı ildə dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adma layiq görülmüşdür.

Z. Məmmədov 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir.

Z. Məmmədov Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin Ümumi cərrahlıq kafedrasında ordinator, (1926–1928), assistent (1928–1931), dosent və Operativ cərrahlıq kursunun müdiri (1931–1936) olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışmış (1938–1971), Respublikada Zob Xəstəliyi ilə Mübarizə Komitəsinin sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru (1943–1946), Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri və Ümumittifaq Endokrinoloqlar Komitəsinin üzvü (1947–1971) olmuşdur. 1961-ci ildən yenicə təşkil olunmuş Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun Endokrin Cərrahlığı şöbəsinə rəhbərlik etmiş, eləcə də Ümumittifaq Cərrahlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1962–1971) olmuşdur.[1]

Z. Məmmədov cərrahiyyə sahəsi üzrə tanınmış alimlərdən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətini endemik ur xəstəliyinin, qalxanabənzər və böyrəküstü vəzilərin, yumurtalıqların xəstəliklərinin, eləcə də başqa endokrinoloji xəstəliklərin, həmçinin osteomilitlərin diaqnostikası və cərrahi müalicəsi, qarın boşluğu orqanlarının kəskin və xroniki xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsi, yanıqların, donmaların Naftalan neftindən hazırlanmış preparatlarla müalicəsi üsullarının işlənib hazırlanması təşkil etmişdir.[2]

Alim ilk dəfə olaraq Azərbaycan Respublikası ərazisində, xüsusi ilə də Şəki, ZaqatalaBalakən rayonlarında yod çatışmazlığı nəticəsində çox sayda əhali kütləsini əhatə edən endemik ur xəstəliyinin epidemiologiyası, diaqnostikası, profilaktika və müalicəsi üsullarını müəyyən etmiş, bu sahədə geniş diapazonlu işlərin həyata keçirilməsində əməli fəaliyyət göstərmiş, yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələri səhiyyə praktikasına tətbiq edilmişdir.[3]

Z. Məmmədov 130-a qədər elmi əsərin, 8 monoqrafiyanın, "Ümumi cərrahlıq" dərsliyinin müəllifi olmuşdur. Xarici ölkələrdə keçirilən bir sıra konfrans, qurultay və simpoziumlarda elmi məruzələrlə çıxışlar etmiş, aparılan elmi tədqiqat işlərinin nəticələrinə həsr olunmuş materiallar xarici ölkələrin elmi toplularında çap edilmişdir. Onun məsləhətçiliyi və rəhbərliyi altında 7 elmlər doktorluğu və 18 fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur.[4]

Z. Məmmədov Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adma (1942) layiq görülmüş, "Lenin", "Qırmızı Ulduz", "Qırmızı Əmək Bayrağı" ordenləri və medallarla təltif olunmuşdur.

Akademik Zülfüqar Məmmədov 5 iyul 1971-ci ildə Bakıda vəfat etmiş və özünün vəsiyyəti ilə anadan olduğu Gəncə şəhərində dəfn ounmuşdur.

  1. Ümumi cərrahlıq tibb institutu üçün dərslik /Z. M. Məmmədov; red. M. Mustafayev.- Bakı: Maarif, 1969.- 500 s.
  2. Məmmədov Zülfüqar Mehdi oğlu//Azərbaycan Sovet ensiklopediyası:10 cilddə.-Bakı,1982.-C. VI.-S.500.
  3. Мамедов Зульфугар Мехди оглу //Хирургия: Научно-практический журнал /учредитель. Министерство здравоохранения Российской Федерации.-№ 9. S.136–137.
  4. "MƏMMƏDOV ZÜLFÜQAR MEHDİ OĞLU (1903-1971)". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-23.