Əliyev Zülfüqar Mənsur oğlu — şair, SSRİ Yazıçılar İttifaqının, Azərbaycan SSR Jurnalistlər Birliyinin (1964) və 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Zülfüqar Qodmanlı | |
---|---|
Əliyev Zülfüqar Mənsur oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qodman, Masallı rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Sumqayıt, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Zülfüqar Qodmanlı 1933-cü il iyunun 15-də Masallı rayonunun Qodman kəndində anadan olmuşdur. İbtidai təhsilini doğma kənddə almış, sonra Bakıda Buzovna qəsəbəsində tikintidə fəhlə işləmiş, həm də axşam fəhlə-gənclər məktəbində orta təhsil almışdır. Buzovna qəsəbəsində 1 saylı tikinti idarəsinin komsomol komitəsinin katibi (1953-1955) olmuş, Sumqayıt şəhər komsomol və partiya komitələrində təlimatçı işləmişdir.
1960-1965-ci illərdə Sov.İKP MK nəzdindəki Moskva ali partiya məktəbini bitirdikdən sonra Sumqayıt aşqarlar zavodunda kadrlar şöbəsinin rəisi, boru-prokat zavodunda məişət sexinin rəisi, 35 saylı məktəbdə ictimaiyyət və estetika, tibb məktəbində fəlsəfə müəllimi, 85 saylı texniki məktəbdə direktor olmuş,Sonradan Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor vəzifəsində işləmişdir.
Ədəbi fəaliyyətə "Sosialist Sumqayıtı" qəzetinin 1960-cı il noyabr tarixli sayında çap etdirdiyi "Taxtabiti" adlı satirik şeri ilə başlamışdır. O zamandan dövri mətbuatda vaxtaşırı çıxış etmişdir.
Zülfüqar Qodmanlı SSRİ Yazıçılar İttifaqının və Jurnalistlər Birliyinin üzvü olmuşdur. Öz yaradıcılığında Sumqayıta və şəhərin zəhmət adamlarının tərənnümünə geniş yer ayırmışdır. Onun elmi əsərlərinin əksəriyyəti, o cümlədən dissertasiyası da Sumqayıta həsr olunmuşdur.
1998-ci il martın 24-də Sumqayıtda vəfat etmişdir.