Qodman — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Qodman kənd inzibati ərazi dairəsi tərkibindəki Qodman kəndinin ərazisindən 41,33 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 40,33 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[1]
Qodman | |
---|---|
38°58′35″ şm. e. 48°37′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 43 m |
Saat qurşağı | |
Qodman kəndinin adı talış dilindəki "ğıdımon" - sözündən olub, mənası "gəlmələr" deməkdir. Kəndin əsasını aşağıbaşlılar (kəndin şərq hissəsi) qoymuşlar. Onlar bir neçə nəsildir və Lerik, Lənkəran bir də İrandan köçüb gəlmişlər. Qodman kəndinin tən ortasından bir küçə keçir ki, həmin küçənin qərbində seyidlər yaşayır. Onlar Məmmədrzakücə kəndindən buraya son zamanlar gəliblər.
1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş və bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində cəmi 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişi, 134 nəfəri qadın) şiə təriqətli müsəlman əhali yaşayırdı.[2] Hazırda kənd əhalinin sayı 1255 nəfərdir.[3]
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |