Zülküf Uçar (1982, Van) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Zülküf Uçar | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Van |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1982 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Fəaliyyəti | siyasətçi, vəkil |
Zülküf Uçar 1982-ci ildə Van ilində anadan olub. 2006-cı ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub.[1]
Hüquqşünas olaraq 2007-ci ildən Van Vəkillər Kollegiyasında çalışıb. Van Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü olub. 2018-2022-ci illərdə isə Van Vəkillər Kollegiyasının prezidenti vəzifəsində təmsil olunub.[1]
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Evlidir.[1]