Zümrüd Quluzadə

Quluzadə Zümrüd Əliqulu qızı (17 mart 1932[1], Bakı26 sentyabr 2021[2], Bakı) — Azərbaycanın Əməkdar elm xadimi[3], fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim.

Zümrüd Quluzadə
Quluzadə Zümrüd Əliqulu qızı
Doğum tarixi 17 mart 1932(1932-03-17)[1]
Doğum yeri
Vəfat tarixi 26 sentyabr 2021(2021-09-26)[2] (89 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürəktutma
Milliyyəti azərbaycanlı
Elm sahəsi fəlsəfə
Elmi dərəcəsi
Elmi adı
Üzvlüyü
Mükafatları "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi

Zümrüd Quluzadə 17 mart 1932-ci ildə ziyalı ailəsində anadan olmuşdur. 1939–1949-cu illərdə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olunmuş, oranı da fərqlənmə ilə bitirmişdir. 1954-cü ildən 1957-ci ilə kimi V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasının aspirantı olmuşdur. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna gəlmişdir. Hazırda həmin İnstitutun Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Z. Quluzadə 26 sentyabr 2021-ci ildə səhər saatlarında ürəyində yaranan problemlər səbəbilə vəfat edib. O, Bilgəh qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.[4]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zümrüd xanımın namizədlik dissertasiyası Antoqonist cəmiyyətdə üstqurumun rolu, doktorluğu isə Azərbaycan məkanında ən böyük fəlsəfi cərəyanlardan birinə — hürufiliyə və Azərbaycanda onun nümayəndələrinə həsr olunmuşdur. Onun Hürufilik və onun Azərbaycandakı nümayəndələri kitabı (1970) hürufiliyin tarixi və fəlsəfəsini Təhlil edən yeganə monoqrafik əsər hesab edilə bilər. Sonralar onun bu qəbildən olan tədqiqatları sırasına

  • Насими — философ и поет Востока (1973),
  • Мировоззрение Касими Анвара (1976),
  • Теоретические проблемы истории культуры Востока и низамиведение (1987),
  • Из истории азербайджанской философии VII–XVI вв. (1992),
  • Проблемы физуливедения (2006) kimi əsərlər daxil edildi.

Bundan başqa, Azərbaycan məkanında Qərb — Şərq problemi fəlsəfi aspektdə ilk dəfə Zümrüd Quluzadə tərəfindən Закономерности развития восточной флософии XIII – XVI вв. и проблема Запад – Восток (1984) monoqrafiyasında tədqiq olunmuşdur.

Zümrüd Quluzadə ayrıca monoqrafiyalar yazmaqla yanaşı digər alimlərlə bərabər də əməkdaşlıq edərək ortaya sanballı əsərlərin qoyulmasında əsaslı xidmət göstərmişdir. O, Очерки по истории азербайджанской философии (1966) kitabının redaksiya şurasının üzvü və bəzi hissələrinin , o cümlədən çoxcildli Azərbaycan Fəlsəfə Tarixi (2002) birinci cildinin və ikinci cildinin (2007) məsul redaktoru və bir sıra bölmələrinin, Azərbaycan Ensiklopediyasının (2007) "Fəlsəfə" məqaləsinin müəllifidir.

Zümrüd Quluzadənin elmi fəaliyyətində onun təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan Şərq fəlsəfəsi problemləri adlı beynəlxalq elmi-nəzəri jurnalın (1996-cı ildən) xüsusi yeri vardır. Azərbaycan və rus dillərində ərəb, fars, türk, ingilis, alman və fransız dillərində geniş xülasələrlə dərc edilən həmin jurnal Azərbaycan mədəniyyət tarixində fəlsəfəyə dair ilk jurnaldır və əhatə etdiyi problemlərə, adına görə müasir dünya mədəniyyətində analoqu yoxdur.

Zümrüd Quluzadə Elmi peşəkar qadınların məşvərət şurasının 2001-ci ildən üzvüdür. 2000-ci ilin qadını fəxri diplomu ilə təltif edilmişdir. 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[5]

Fəlsəfə sahəsində çalışmaları

[redaktə | mənbəni redaktə et]
  1. Gender məsələsi
  2. İslam mədəni bölgəsi fəlsəfəsi
  3. Azərbaycan fəlsəfə tarixi
  4. Fəlsəfə tarixi tədqiqat məsələləri
  5. Antoqonist cəmiyyətdə üstqurumun rolu
  6. Tarix fəlsəfəsi məsələləri
  7. Şərq — Qərb problemi
  • Antoqonist cəmiyyətdə üstqurumun rolu
  • Hürufilik və onun Azərbaycandakı nümayəndələri (1970)[6]
  • Насими — философ и поет Востока (1973)
  • Мировоззрение Касими Анвара (1976)
  • Теоретические проблемы истории культуры Востока и низамиведение (1987)
  • Из истории азербайджанской философии VII–XVI вв. (1992)
  • Проблемы физуливедения (2006)
  • Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat (Kitab) (2009)
  • "Mistika və Panteizm" (2009)
  1. 1 2 Identifiants et Référentiels (fr.). ABES, 2011.
  2. 1 2 https://ru.oxu.az/society/532659.
  3. "Prezident İlham Əliyevin sərəncamları". 2010-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-07.
  4. "Zümrüd Quluzadə dünyasını dəyişdi". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-27.
  5. "Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.
  6. "Sənətşünaslıq elmləri doktoru Zümrüd Quluzadənin 75 yaşı qeyd olunacaq". 2012-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]