Zümrüd Xanmaqomedova (22 mart 1915, Dağıstan vilayəti – 2001, Dərbənd, Dağıstan) — Tabasaran şairi və müəllimi, ali təhsil alan ilk qadın, eyni zamanda ilk tabasaranlı şairə.
Zümrüd Xanmaqomedova | |
---|---|
Doğum tarixi | 22 mart 1915 |
Doğum yeri | |
Vəfat tarixi | 2001 |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı |
1915-ci ildə Dağıstan vilayəti, Xiv rayonu, Kondik kəndində anadan olmuşdur. Ən böyük alim-tarixçi, inqilabdan öncəki Dağıstan maarifçisi Mirzə Həsən Əlqədarinin nəvəsidir[1]. Rus zabiti olan atası Hacı-Kurban (1877-1938) 1937-ci ildə tutulur və 1938-ci ildə güllələnir. Ölümündən bir müddət sonra isə ona bəraət verilir. Qardaşı Beydullah Xanmaqomedov (1927-1997) filologiya elmləri doktoru, professor, əməkdar müəllim və elm xadimi, görkəmli dilçi, Tabasaran dili üzrə tanınmış mütəxəssis olmuşdur.
Xalça texnikumu ləğv edildikdən sonra, 19 yaşında Dərbənd müəllimlər məktəbinə daxil olur. Sonra Xiv məktəbində ibtidai sinif müəllimi işləyir, burada ona riyaziyyat və fizika müəllimliyi həvalə olunur.
İkinci Dünya müharibəsi illərində Zümrüd 1948-ci ildə uğurla bitirdiyi Mahaçqala şəhərindəki Fizika və Riyaziyyat fakültəsinin Pedaqoji İnstitutuna daxil olur. Məzun olduqdan sonra məktəbə riyaziyyat, fizika və astronomiya müəllimi olaraq qayıdır. 1953-cü ildə Dərbənd şəhərindəki pedaqoji məktəbə işə düzəlir və burada təqaüdə çıxana qədər çalışır.
2001-ci ildə, 86 yaşında dünyasını dəyişir[2][3].
Ana, Vətən haqqında bir çox lirik şeirlər və əsərlər yazmışdır. XX əsin 40-cı illərdən bu günə qədər ədəbi antologiyalarda, “Tabasarandin nurar”, “Oktyabrin akv” qəzetlərində və “Dağıstan qadını” jurnalında nəşr edilmişdir.
18 mart 2015-ci ildə Rəsul Həmzətov adına Dağıstan Respublikası Milli Kitabxanasının konfrans salonunda yerli tarix və milli ədəbiyyat və milli biblioqrafiya şöbəsinin təşkilatçılığı ilə hazırlanan "İşvər" ("Qızıl") kitabının təqdimatı baş tutur. Tədbir üçün Zumrud Xanmaqomedovanın anadan olmasının 100 illiyinə həsr olunmuş "Bacarıqla toxunmuş xalça" kitab sərgisi təşkil edilir. Tədbirə şairlər, yazıçılar, məktəblilər, tələbələr və Tabasaran ziyalıları dəvət olunmuşdur. Filologiya elmləri doktoru Vəli Mirzəbəyoviç Zaqirov, Tabasaran rayonu ağsaqqallar şurasının sədri Qədir Qurbanov, şair Bağır Rəcəbov, professor və tarixçi Maqomed Həsənov çıxış edərək "İşvər" kitabının müəllifi haqqında çoxlu xoş sözlər söyləmişlər. Dərbənd Pedaqoji Kollecinin tələbələri Zümrüd Xanmaqomedovanın şeirlərini əzbərləyib səsləndirdilər. Tədbirdə şair Şahvələd Şahmərdanov, şair Elmira Aşurbəyova, Pedaqoji İnstitutun əməkdaşı Şirinat Beqlerova və bir çox başqaları çıxış etmişdir[4].