Zıonq Van Min

Zıonq Van Min (vyet. Dương Văn Minh, tı-nom 杨文明) (16 fevral 19166 avqust 2001, Pasadena, Kaliforniya[1][2]) — Vyetnam Respublikasının hərbi və siyasi xadimi.

Zıonq Van Min
vyet. Dương Văn Minh
Şəxsi məlumatlar
Doğum tarixi 16 fevral 1916(1916-02-16)
Vəfat tarixi 6 avqust 2001(2001-08-06) (85 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Dəfn yeri
  • Rouz-Hils xatirə parkı[d]
Partiya
Fəaliyyəti siyasətçi, futbolçu
Hərbi xidmət
Mənsubiyyəti Cənubi Vyetnam
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Vyetnamda hündürboylu şəxs sayılırdı. Bu səbəbdən "Böyük Min" ləqəbini almışdı.[3]

1963-cü ildə prezident Nqo Din Zyemin ölümünə səbəb olan hərbi çevriliş həyata keçirmişdir. Bundan sonra o, iki ay Vyetnam Respublikasının diktatoru olmuşdur. 1975-ci ildə prezident Nquyen Van Thieu ölkədən qaçdıqdan iki gün sonra çox qısa müddətə ölkəyə yenidən rəhbərlik etmişdir. 1983-cü ildə ailəsi ilə birlikdə Fransaya getməyə icazə almış, daha sonra ABŞ-yə köçmüşdür. O, Pasadenada yaşamış, 2001-ci ildə vəfat etmişdir.

Sürgündə Zıonq Van Min heç vaxt siyasi fəaliyyətlə məşğul olmayıb və heç bir xatirə qoyub getməmişdir.[4]

  1. 1 2 https://www.nytimes.com/2001/08/08/world/duong-van-minh-85-saigon-plotter-dies.html.
  2. 1 2 https://www.latimes.com/archives/la-xpm-2001-aug-08-me-31712-story.html.
  3. "The Miami News - Google News Archive Search". archive.is. 2012-07-11. 2012-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  4. "General Duong Van Minh" (ingilis). The Independent. 2001-08-09. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.