Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Zəhərli fizostiqma (lat. Physostigma venenosum)[1] — fizostiqma cinsinə aid bitki növü.[2]
Zəhərli fizostiqma | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: ???: Zəhərli fizostiqma |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Physostigma venenosum Bulf. - Zəhərli fizostiqma (Fizostiqma, zəhərli iristiqma, mezopontik stiqma)
Tropik lian olub, şişman silindrik gövdəsinin uzunluğu 15 m-ə qədərdir. üçər mürəkkəb yarpaqlarının uzunluğu 7-15 sm, növbəli, yumurtavari, itiuclu və çılpaqdır. Çiçəkləri açıq-qırmızı, başı aşağı əyilmiş, boş, tük qələm və ya fırçalarının uzunluğu 15 sm, meyvəsi 10-18 sm uzunluğunda,tünd-qəhvəyi paxlameyvəolmaqla, 2-4 toxumludur.[3]
Toxumlarında indol qruplu alkaloidlər vardır. Başlıca olan alkaloid fizostiqminin (ezerin) miqdarı 1,5%-ə qədərdir.
Dərman maddələri - Fizostiqminin (ezerin) salisilat göz damcısı, inyeksiyası 0,1%-dir. Antixolinestraza dərmandır.
Farmakoterapevtik qrup - Antixolinestraza dərmandır.[3]
Fizostiqminin (ezerin) ilk vəziyyətə qayıtma qabiliyyətinə malikdir. Mioz (daraltma) qabiliyyətinə malik olmaqla gözdaxili təzyiqi aşağı salır. Atropinin antoqonistidir. Fizostiqminin (ezerin) salisilatı başlıca olaraq oftolmologiyada geniş şəkildə işlədilir. Bundan başqa başırsaq iflicində, sidik yollarının sinir-əzələ xəstəliklərində işlədilir. “Kalabar paxlası” adlanan bu bitki olduqca zəhərlidir. Keçmişdə afrika əsirləri bu bitkini “məhkum olunmuşların paxlası” və ya “ezera” adlandırırdılar. Ölüm hökmü verilənlərə bu bitkini dəmləyərək içirirdilər. Avropaya bu bitkinin toxumu 1850-ci ildə aparılmışdır.[3]