Zəhra Mustafa qızı Şahtaxtinskaya və ya Zəhra xanım Mustafa bəy qızı Ağayeva (17 noyabr 1895, Xankəndi, Şuşa qəzası – 16 sentyabr 1977, Bakı) — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Azərbaycan SSR əməkdar elm xadimi (1960). "Lenin Ordeni" laureatı.[1]
Zəhra Şahtaxtinskaya | |
---|---|
Zəhra Mustafa qızı Şahtaxtinskaya | |
Digər adı | Zəhra xanım Mustafa bəy qızı Ağayeva |
Doğum tarixi | |
Doğum yeri | Xankəndi, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | |
Elm sahəsi | zoologiya |
Elmi dərəcəsi | |
İş yeri | |
Mükafatları |
Zəhra Şahtaxtinskaya 17 noyabr 1895-ci ildə Xankəndində anadan olub.[2] Əmək fəaliyyətinə 1916-cı ildə qadın gimnaziyasında müəllimliklə başlamışdır. 1922-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmiş, biologiya fakültəsinin dekanı olmuşdur. 1937-ci ildən zoologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqat sahəsi əsasən, Azərbaycanda yaşayan su və bataqlıq quşlarında parazitlik edən qurdlar olmuşdur.[3]
Bir çox elmi əsərin, dərsliyin müəllifidir. 1977-ci ildə Bakıda vəfat edib.
Onun həyatyoldaşı Nemət Şahtaxtınski Sankt Peterburqda təhsil almış və uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışdır.[4] Onların övladları olan Prof. Dr. Toğrul Şahtaxtinski də alim olmuş və neft kimyası sahəsində araşdırmalar aparmışdır.[5]
Zəhra Şahtaxtinski Qarabağın məşhur bəy ailələrindən olan Ağayevlər nəslinin nümayəndəsi və Fərəc bəy Ağayevin qohumudur.[6]