Toğrul Şahtaxtinski

Toğrul Nemət oğlu Şahtaxtinski (22 oktyabr 1925, Bakı8 oktyabr 2010, Bakı) — kimyaçı alim, texnoloq, kimya elmləri doktoru (1968), professor (1968), Əməkdar elm xadimi (1991), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1976), Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü (2000).[1][2][3][4][5][6][7]

Toğrul Şahtaxtinski
Toğrul Nemət oğlu Şahtaxtinski
Doğum tarixi 22 oktyabr 1925(1925-10-22)
Doğum yeri
Vəfat tarixi 8 oktyabr 2010(2010-10-08) (84 yaşında)
Vəfat yeri
Dəfn yeri İkinci Fəxri xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Nemət Şahtaxtinski
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru (1968)
Elmi adları professor, akademik
İş yeri AMEA Kimya Problemləri İnstitutu(2002-2010)
Təhsili
Tanınır kimyaçı alim, texnoloq
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1976)
  • Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü (2000)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1991
"İstiqlal" ordeni"Şöhrət" ordeni "Şərəf nişanı" ordeni"Xalqlar dostluğu" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Toğrul Şaxtaxtinski 22 oktyabr 1925-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.[1][4][6][8] Atası Nemət Şaxtaxtinski keçən əsrin əvvəllərində Ali texniki məktəbi bitrdikdən sonra uzun illər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedra müdiri, anası biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Zəhra Şaxtaxtinskaya isə Azərbaycan Tibb Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri işləyib.[2][3]

Toğrul Şaxtaxtinski orta məktəbi bitirdikdən sonra ali təhsilini 1943-1949-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsində alıb.[1][2][3][4][8] Kimyaçı-mühəndis ixtisasına yiyələnən Şaxtaxtinski elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda aspiranturaya daxil olub və 1952-ci ildə oranı bitirib.[6][7]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Toğrul Şaxtaxtinski 1961-1962-ci illərdə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutun­da elmi işlər üzrə direktor müavini, 1962-1967-ci illərdə labora­toriya müdiri olub. O, 1962-1975-ci illərdə Mono­merlər şöbəsinə rəhbərlik edib, o cümlədən 1971-1973-cü illərdə Naxçıvan Elmi Mərkəzinin rəhbəri olub.[1][2][3][4]

Toğrul Şaxtaxtinski 1975-2002-ci il­lər­də Azərbay­can SSR EA Kimya Texno­logiyasının Nəzəri Problemləri İnstitu­tunun, 2002-2010-cu illərdə isə Kataliz və Qeyri-Üzvi Kimya İns­titutunun direktoru vəzifəsini icra edib. 1973-1981, 1990-2001-ci illərdə Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik-katibi və 2001-2007-ci illərdə AMEA-nın akademik-katibi olub.[9] Toğrul Şahtaxtınski 1975-2010-cu illərdə "Azərbaycan kimya jurnalı"nın baş redaktoru olub və dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilib.[1][2][3][4][8]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Toğrul Şahtaxtinski 1959-cu ildə kimya üz­rə fəlsəfə doktoru və 1968-ci ildə kim­ya üzrə elmlər doktoru elmi dərəcəsini, 1968-ci ildə isə professor elmi adını alıb. 1972-ci ildə Azər­bay­can EA-nın müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilib. 2000-ci ildə isə Gürcüstan Milli EA-nın xarici üzvü (akademiki) seçilib.[1][2][3][4][6][8]

Alim 510 elmi əsərin, o cümlədən 140-dən çox ixtira və patentin, 12 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 12 elmlər doktoru və 48 fəlsəfə doktoru hazırlanıb.[1][2][3][4][8] 1959-cu ildə neftə həsr olunmuş ilk monoqrafiyası ilə tanınan Toğrul Şahtaxtinski uzun illər boyu Azərbaycanda neft kimyası və kimya texnologiyası sahəsində fundamental araşdırmalar aparıb.[6]

Toğrul Şahtaxtinskinin dünyanın ən iri elmi nəşriyyatlarından biri olan "Perqamon Press" tərəfindən 1962-ci ildə "Neftdən sintetik materiallar" adlı kitabı çap olunub. Bu kitab Londonda ingilis dilində nəşr olunub. 1980-ci ildə ingilis dilində "C4 karbohidrogenləri və onların sənaye törəmələri" adlı daha bir kitabı nəşr olunub. Kitab Londonda "Ernst Ben LTD" nəşriyyatında buraxılıb. Alimin əsərləri nüfuzlu beynəlxalq elmi nəşrlərdə (İngiltərə, AFR, Macarıstan, Rumıniya və s.) çap olunub.[2][3]

Sədri olduğu şuralar

[redaktə | mənbəni redaktə et]

Toğrul Şahtaxtinski 1976-cı ildə KTNPİ-nin nəzdində "Kimya texnologiyasının proses və aparatları" və "Kimyəvi kinetika və kataliz" ixtisasları üzrə namizədlik dərəcəsi verən İxtisaslaşdırlımış Müdafiə Şurasının, 1984-cü ildən həmin ixtisaslar üzrə, 1995-2010-cu illərdə isə üç ixtisas üzrə - "Kimya texnologiyasının proses və aparatları", "Kimyəvi kinetika və kataliz" və "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisasları üzrə elmlər doktoru alimlik dərəcəsi verən İxtisaslaşdırlımış Şuranın sədri olub.[2][3]

Elmi işlərinin əsas istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Akademik Toğrul Şahtaxtinski elmi fəaliyyəti kimya texnologiyasının nəzəri əsaslarının inkişaf etdirilməsi, kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, üzvi və neft-kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsi, kimya proseslərinin modelləşdirilməsi və optimallaşdırılması ilə əlaqəli geniş problemləri əhatə edir.[1][2][3][4]

Alim öz əməkdaşları ilə birlikdə n-butilenlərin və n-butanın malein anhidridinə, izobutilenin metakril turşusuna, propanın sirkə turşusuna birbaşa oksidləşdirilməsi, toluol, ksilollar və başqa karbohidrogenlərin maye fazalı oksidləşdirici ammonolizi proseslərini, həmçinin müxtəlif monomerlərin və üzvi sintezin aminlər, amidlər, imidlər kimi yarımməhsullarının, çoxfunksiyalı halogen tərkibli birləşmələrin alınma üsullarını işləyib hazırlayıb.[1][2][3][4]

İştirak etdiyi beynəlxalq konqres və simpoziumlar

[redaktə | mənbəni redaktə et]
  • Almaniya -1963, 1969, 1971, 1996;
  • Rumıniya -1996;
  • Yaponiya -1974, 1975, 1998, 2000;
  • Fransa -1980;
  • Bolqarıstan -1983;
  • Macarıstan -1983, 1986, 1989;
  • ABŞ -1977, 1979, 1990, 1997;
  • Türkiyə -1992, 1993, 1996;
  • Hollandiya -1996;
  • Belçika -1998, 2000;[7]

Mühüm elmi işləri

[redaktə | mənbəni redaktə et]
  • Synthetik Materials from Petrolium — London, New-York, Paris: Perqamon Press, Oxford, 1962. Co-aut: Topchiev A.V., Nagiyev M.F.
  • Heterogeneous Catalytis Oxidation of Ethylenc to Asetaldehyde-VI Amer-Sov. Symposium on Chemikal Catalysts, USA-1979. New Jersew, Cherru Hill. Co-aut: Aliyev A.M.
  • Методика исследования промышленных реакторов с катализаторами нестационарной активности — II Всесоюзн.конф. "Нестационарные процессы в химич.реакторах", Новосибирск, 1982. Соавторы: Талышинская М. А., Алиев А. М., Гусейнова А. М.
  • Oxidation chlorinated butens on surface oxide catalysts-III-rd world Congress on oxidation catalysts-1997- San Diego, California. Co-aut: Efendiev A.J.
  • The development of the polyfunctional metalzeolite catalysts for the combined reaktions of oxidation of alkyl alcohols into carboxylic acids and their esterification "Industrial application of zeolites, Brugge, Belgium, October 2000. Co-aut: A.M.Aliyev and other.

Toğrul Şahtaxtinski 8 oktyabr 2010-cu ildə vəfat edib və İkinci Fəxri xiyabanda dəfn edilib.[1][2][3][4][5][6][7][8]

  • "Şöhrət ordeni";
  • "İstiqlal" ordeni;
  • "Müstəqillik" ordeni;
  • "Şərəf nişanı" ordeni;
  • "Xalqlar dostluğu" ordeni;
  • "Fədakar əməyə görə" medalı;
  • "Əməkdar elm xadimi" fəxri adı;
  • AR Ali Sovetinin Fəxri Fərmanı;[1][2][3][4][5][6][7][8]
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "Şahtaxtinski Toğrul Nemət oğlu". science.gov.az. 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Nakhiyev, Toghrul Nasirli, Alakhber. "Toğrul Şahtaxtinski – 95". science.gov.az (az.). 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Fundamental səciyyəli elmi tədqiqatların müəllifi" (PDF). www.anl.az. 30.10.2020. 2024-02-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23.02.2024.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 "Şahtaxtinski Toğrul Nemət oğlu". www.nkpi.az. 2016-10-20. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.02.2024.
  5. 1 2 3 "Tanınmış alim Toğrul Şahtaxtinski son mənzilə yola salınmışdır". azertag.az. 11.10.2010. İstifadə tarixi: 23.02.2024.
  6. 1 2 3 4 5 6 7 "Toğrul Nemət oğlu Şahtaxtinski". anl.az. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  7. 1 2 3 4 5 "Untitled Document". www.shahtaxti.com. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  8. 1 2 3 4 5 6 7 "Oktyabrın 22- də görkəmli kimyaçı alim, akademik Toğrul Şahtaxtinskinin anadan olmasının 95 ili tamam olur - Xəbərlər - Kataliz və Qeyri-üzvi Kimya İnstitutu". kqkiamea.az. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  9. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2019-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]