Zəki Mürən

Zəki Mürən (türk. Zeki Müren; 6 dekabr 1931[1][2][…], Bursa24 sentyabr 1996[1][3][…], İzmir[3][2][…]) — Türkiyə müğənnisi.

Zəki Mürən
türk. Zeki Müren
Ümumi məlumatlar
Doğum tarixi 6 dekabr 1931(1931-12-06)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 sentyabr 1996(1996-09-24)[1][3][…] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[4]
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı, yazıçı, teatr aktyoru, şair
Fəaliyyət illəri 1950-ci ildən
Janrlar Osmanlı musiqisi, poeziya
Təhsili
İmzanın şəkli
zekimuren.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəki Mürən 6 dekabr 1931-ci ildə Türkiyənin Bursa şəhərində (anası priştinalı, atası makedoniyalı olub) mühacir bir ailədə dünyaya gəlib. Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirmişdir. İstanbulda Dövlət İncəsənət Akademiyasının Bəzəmə Bölümü Sabih Gözen atelyesindən məzun oldu. Desən işlərini tələbəlik illərindən başladı və bir çox sərgi keçirdi. Zeki Müren, Bursada Tamburi İzzet Gerçekerdən gördüyü solfecio və üsul dərsləriylə musiki məlumatı almağa başladı. 1949-cu ildə, Boğaziçi Liseyində oxuyarkən Agopos Əfəndi (kino rejissoru və ssenari yazan Arşavir Alyanak'ın atası) ilə Udi Kirkordan aldığı dərslərlə də musiqi təhsilini davam etdirdi. Daha sonra fəsil musiqisini yaxşı bilən və böyük bir repertuvarı olan Şərif İçlinin müxtəlif əsərlərini meşk etdi; Refik Fersanın, Sədi İşılayın, Qədri Şençaların əsərlərindən faydalandı. 1950-ci ildə imtahanla İstanbul Radiosuna girdi. İstanbul Radiosunda 1951-ci ildə, canlı olaraq nümayiş olunan bir proqramda ilk radio konsertini verdi və bu konserti çox bəyənildi. Bundan sonra Türkiyə radiolarında müntəzəm olaraq oxumağa başladı. Radio proqramları on beş il davam etdi, bunların çoxu canlı yayın programlarıydı. Müren bundan sonra özünü daha çox səhnə və val işlərinə verdi. Vərdiş edilmiş qəlibləri aşmış paltarları və səhnədəki rəftarları ilə xalqın marağını davamlı olaraq üstündə tutmağı bacardı. Zeki Müren 600-ü eşqin val və kaset doldurdu. Vala oxuduğu ilk mahnı Şükrü Tunarın "Bir Muhabbet Kuşu" güfteli mahnısıdır. Müren 1955-ci ildə "Manolyam" adlı mahnısıyla Türkiyədə ilk dəfə verilən Qızıl Val Mükafatını qazandı. 1991-ci ildə Dövlət Sənətçisi ünvanına layiq görüldü. 1958-ci ildə ehtiyat zabit olaraq Çankırıda əsgərliyini etdi. 1961-ci və 1969-cu illər arasında bir eşq yaşadı amma heç evlənmədi.

Bəstə İşləri

[redaktə | mənbəni redaktə et]

300-ə yaxın mahnı bəstələdi. On yeddi yaşında bəstələdiyi "Zehretme hayatı bana cananım" mısrası ilə başlayan Acem-Kürdi mahnı, bəstələdiyi ilk mahnıdır. "Şimdi uzaklardasın gönül hicranla doldu" (Suzinak), "Manolyam" (Kürdilihicazkâr), "Bir demet yasemen", "Gözlerinin içine başka hayal girmesin" (nihavend) güfteli mahnıları tez-tez oxunan, ən sevilən mahnıları dır. Müren bu mahnıları vallara da oxumuşdur. Maksim Gazinosu səhnələrində fasiləsiz 11 il Behiye Aksoy ilə dəyişməli olaraq səhnəyə çıxmışdır.

Xəstəliyi və vəfatı

[redaktə | mənbəni redaktə et]

Zeki Müren ürək narahatlığı və şəkər xəstəliyi səbəbiylə həyatının xüsusilə son 6 ilində səhnə həyatından və mediadan uzaqlaşdı. Bodrumdaki evində inzivaya çəkildi. Bu dövrü "özünü dinləmək" olaraq təsvir edər. 1996-cı il, 24 Sentyabr, çərşənbə axşamı günü, TRT İzmir Televiziyasında özü üçün təşkil edilən mərasim zamanından 5 dəqiqə sonra keçirdiyi infarkt nəticəsində həyata gözlərini yumdu. Cənazəsi görülməmiş bir xalq sıxlığının iştirakı ilə böyük bir mərasimlə qaldırıldı. Məzarı doğma yeri olan Bursadakı Emirsultan qəbiristanlığındadır. Vəsiyyətində mirasının ən böyük hissəsini Türk Təhsil Vəqfinə ve Məhmətcik Vəqfinə buraxdı. Ölümünün ardından sənətçinin Bodrumda son illərini yaşadığı ev mədəniyyət nazirliyi ilə edilən protokolla muzey halına gətirilmişdir. 8 iyun 2000-ci ildə ziyarətçilərin üzünə açılmışdır.

Aktyorluq Karyerası

[redaktə | mənbəni redaktə et]

Zeki Müren 1954-cü ildə Beklenen Şarkı adlı filmdə kino aktyorluğuna başladı. Böyük bir ticari müvəffəqiyyət qazanan bu filmdən sonra mahnılarının çoxunu özünün bəstələdiyi 28 filmdə daha oynadı. 1965-ci ildə də Arena Teatrı tərəfindən səhnəyə qoyulan Çay və sempati adlı oyunda da baş roldeki aktyor idi. Ayrıca 'Bıldırcın Yağmuru "adlı bir şeir kitabı da vardır.

  • Bir Tatlı Tebessüm (1951)
  • Senede Bir Gün (1966)
  • Pırlanta 1 (1973)
  • Pırlanta 2 (1973)
  • Pırlanta 3 (1973)
  • Pırlanta 4 (1974)
  • Güneşin Oğlu (1976)
  • Mücevher (1977)
  • Nazar Boncuğu (1978)
  • Sükse (1978)
  • Kahır Mektubu (1980)
  • Eskimeyen Dost (1982)
  • Hayat Öpücüğü(1984)
  • Masal (1985)
  • Aşk Kurbanı (1986)
  • Helal Olsun (1987)
  • Gözlerin Doğuyor Gecelerime (1988)
  • Ayrıldık İşte (1989)
  • Zirvedeki Şarkılar (1989)
  • Dilek Çeşmesi (1990)
  • Doruktaki Nağmeler (1991)
  • Sorma (1992)
  • Muazzez Abacı ve Zeki Müren Düet (2000)
  • Zeki Müren: 1955–1963 Kayıtları (2002)
  • Selahattin Pınar Şarkıları (2005)
  • Sadettin Kaynak Şarkıları (2005)
  • Batmayan Güneş (2006)
  • Zeki Müren İle Baş Başa Radyo Günleri 1 (2008)
  • Zeki Müren İle Baş Başa Radyo Günleri 2 (2008)
  • Zeki Müren İle Baş Başa Radyo Günleri 3 (2008)
Yıl Film Rol Notlar
1953 Beklenen Şarkı Zeki
1955 Son beste Zeki Müren
1957 Berduş
1958 Altın kafes
1959 Kırık plak
Gurbet Zeki
1961 Aşk hırsızı Zeki
1962 Hayat bazen tatlıdır
1963 Bahçevan
1964 İstanbul kaldırımları Zeki
1965 Hep o şarkı
1966 Düğün gecesi Yönedmen
1967 Hindistan cevizi
1968 Kâtip
1969 İnleyen nağmeler Zeki Müren
Kalbimin sahibi
1970 Aşktan da üstün
1971 Rüya gibi Zeki

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]