Zəkiyyə Mustafayeva

Zəkiyyə Mustafayeva — Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini, "Tərəqqi" medalı təltif olunub.

Zəkiyyə Mustafayeva
Zəkiyyə Müslüm qızı Mustafayeva
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası pediatriya
Təhsili Azərbaycan Tibb Universiteti
Mükafatları "Tərəqqi" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Zəkiyyə Mustafayeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra Xəzər Universitetində ictimai sağlamlıq ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda London Universitetinin Gigiyena və Tropik Təbabət üzrə London Məktəbinin magistrantıdır. [1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2009-cu illərdə səhiyyə sahəsində dövlət və özəl müəssisələrdə, o cümlədən beynəlxalq təşkilatlarda inzibati vəzifələrdə işləyib. 2010-2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb. [1]

Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. [1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Zəkiyyə Mustafayeva Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-ci il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. [2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Qida Təhlükəsizliyi Agentliyinə Aparat rəhbəri təyin olunub" (az.). azpolitika.info. 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
  2. "Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]