Zəngəzur Mis-Molibden Kombinatı (erm. Զանգեզուրի պղնձամոլիբդենային կոմբինատ) — Ermənistanın ən böyük mədən şirkəti və dünyanın 10 ən böyük molibden istehsalçısından biridir. ZMMK-nin fəaliyyəti SSRİ dövründə başlamışdır. 1952-ci ilin yazında zavod kütləvi istehsala start vermişdir. Əvvəlcə mədən yeraltı və açıq mədən üsullarının kombinasiyası ilə, 1957–1959-cu illərdə isə yalnız açıq mədən üsulları ilə istismar edilmişdir.[1]
Zəngəzur Mis-Molibden Kombinatı | |
---|---|
Ümumi məlumatlar | |
Baş qərargahın yeri | |
zcmc.am |
Zəngəzur Mis-Molibden Kombinatı Ermənistan Respublikasının şimal-şərqində, Sünik mərzinin Qacaran şəhərində, Qafan rayon mərkəzindən 30 kilometr qərbdə və paytaxt İrəvandan təxminən 350 km məsafədə yerləşir. İllik hasilatı ildə 22,0 milyon ton filizdir.[1]
2000-ci illərdən başlayaraq ZMMK Ermənistanda ilk ən böyük vergi ödəyicisi, Sünik mərzində ən böyük işəgötürən olmuşdur. 2023-cü ilin məlumatına görə, onun 4,500-ə yaxın işçisi var.[1]