Zəngilan Daş Heykəllər Muzeyi

Zəngilan Daş Heykəllər Muzeyi — Zəngilan rayonunda yerləşən Daş Heykəllər Muzeyi 1989-cu ildə fəaliyyətə başlayıb.[2]

Zəngilan Daş Heykəllər Muzeyi
Açılış tarixi 1989
Mövzu Tarix
Yerləşir Zəngilan
Kolleksiyası 541 eksponat
Direktor Çərkəz Nəsirli
Natiq Rzayev
Telefon (+994 2424) 4-49-01
İş rejimi (II – VII) 10:00 – 18:00[1]

Muzeyin yaranması

[redaktə | mənbəni redaktə et]

Muzeyin yaranma ideyası o dövrdə Zəngilan Xalq Deputatları Soveti İcraiyyə Komitəsində Mədəniyyət Şöbəsinin müdiri işləmiş Camal Sultanovun təklifi ilə həyata keçirilib. Şəhərin mərkəzindən 7 km aralıda yerləşən muzey fəaliyyətə başlayandan 1 il sonra ayrıca subyekt kimi rəsmiləşdirilmiş və muzeyə 3 ştat vahidi verilmişdir.

  • Muzey rayondan Bakıya gedən şose yolunun sol tərəfində – ətrafdan xeyli hündür bir yerdə "Ağ Oyuq" təpəsində yerləşirdi. Həmin hündür təpədən baxanda, təxminən altmış kilometrlik ərazi – bir tərəfdən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəri, digər tərəfdən isə Qarabağın hündür dağları görünürdü.
  • Təpədə olan qədim daşa el arasında "Koroğlu daşı" deyərdilər. Daşın yan hissəsində oyuq olduğundan ona "Ağ oyuq"da deyərdilər. Həmin oyuğa yağ töküb yandırır və bundan da qədim dövrlərdə mayak kimi istifadə edildiyi deyilir. Bu mayak o vaxtlar Cənubi Azərbaycandan gəlib, Araz çayının üzərindəki Xudafərin körpüsündən keçən, Həkəri çayının uzununa Şuşa qalasına gedən karvanlar üçün yol göstəricisi sayılırmış.[3]

Daş heykəllər haqqında

[redaktə | mənbəni redaktə et]

"Şamlı adlanan kəndin yaxınlığında təpənin üzərində qədim daşlar tapılmışdı. Bu daşların bir çoxunda insan şəkilləri çəkilmiş, bəziləri isə insan heykəli kimi yonulmuşdu. El arasında həmin əraziyə "Dərvişim" deyirdilər. Burada dərvişə oxşayan üç heykəl vardı. Əfsanəyə görə, dərvişlər harasa gedərkən, yolüstü bu yerlərdə oturub dincələrmişlər. Həmin yer o qədər onların xoşuna gəlir, Allaha dua edirlər ki, onları daşa döndərib burada saxlasın. Görünür, əməlisaleh olduqlarından Allah da onların sözünü eşidib dərvişləri daş heykəllərə döndərir. Bununla da həmin daş heykəllər olan məkana "Dərvişim" deməyə başlayırlar. Bu bir rəvayət olsa da müyyən mənada həqiqətə əsaslanan məqamları da vardır…"[4]

Ötən əsrin 80-ci illərində həmin ərazidə salınan üzüm bağlarında çalışanlar üçün 2 otaqlı istirahət binası inşa edilir. Lakin istirahət evi istifadəsiz qaldığından 1990-cı ildən muzey həmin binada fəaliyyətə başlayır. Binanın içində rayonun tarixinə aid qədim abidələrin şəkillərindən ibarət kolleksiyalar yaradılır. Burada 100-ə yaxın orijinal tarixi şəkillər saxlanılır, həyətində isə daş heykəllər sərgilənirdi. Koroğlu daşı deyilən daşın hündürlüyü 2 m, çəkisi isə təqribən 1,5 ton idı. Eni 90 sm ölçüdə olmaqla kvadrat şəkilində yonulmuş daşda qədim türk dilinə aid yazılar var idi. Bu yazılar Orxon-Yenisey əlifbası ilə yazılıbmış, bəlkə də bu səbəbdən həmin düzənlik əraziyə "Yazı düzü" də deyərmişlər.Zəngilan Daş Heykəllər Muzeyi

Muzey eksponatları

[redaktə | mənbəni redaktə et]

Muzeyidə Zəngilan ərazisində tapılan şir, at heykəlləri, qədim qoç, qoyun, fil fiqurları, bir sözlə, müxtəlif dövrlərə aid digər daş abidələr sərgilənirdi. XIV–XVI əsrləri əhatə abidələr var idi. Burada 20-dən çox açıq səma altında olan eksponat var idi. Ermənistan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və yüz əllidən artıq eksponat məhv edilmiş və aparılması mümkün olanları isə daşınmışdır. 1993-cü il oktyabrın 28-dən Zəngilan Daş Heykəllər Muzeyi erməni işğalı altındadır. Daş Heykəllər Muzeyinin ilk direktoru Çərkəz Nəsirli olmuşdur. 1992-ci ildən fasilələrlə Natiq Rzayev muzeyin direktoru vəzifəsində çalışmışdır.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Kataloq.az". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
  2. "Zəngilan". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  3. "Böyük qayıdışın astanasında-Zəngilan". 2020-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  4. "Erməni işğalında qalan muzeylərimiz… Siyasət18 Mar. 2019". 2020-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  5. "Qoç heykəllər, "Bəzir daşı", "daş çörək" — Muzeylərdə nələr vardı, nələr qaldı…". 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.