Zərbə (Pilotsuz uçuş aparatı)

İti qovanAzərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə".[1][2]

İti qovan PUA
"İti qovan” Pilotsuz Uçuş Aparatı
İti qovan PUA
İti qovan PUA
Hazırlayan Müdafiə Sənayesi Nazirliyi
İstehsalçı Azərbaycan Azərbaycan
İstismarçı Azərbaycan Hərbi Hava Qüvvələri
Buraxılış sayı 20+

Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır.[3] Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir.[3] Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır.[3] Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir.[3] Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar.[3] Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.[3]

"Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.[3] Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir.[3] Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik "K1-Zərbə" mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər.[3]

  1. "Azərbaycanda PUA-ya "İti qovan" adı verildi – Fotolar". Qafqazinfo. 22 October 2020. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2020.
  2. ""İti qovan" PUA-ların istehsalı davam edir (FOTO)". Trend İnformasiya Agentliyi. 22 October 2020. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2020.
  3. 1 2 3 4 5 6 7 8 9 ""Zərbə" pilotsuz uçuş aparatlarının təqdimatı olub". kaspi.az. kaspi.az. Archived from the original on 2022-01-29. İstifadə tarixi: 29 sentyabr 2016.