Zərifə Quliyeva

Zərifə Rzaqulu qızı Quliyeva (Quliyeva Zərifə Rzaqulu qızı; 13 fevral 1952, Balakən rayonu) — Azərbaycan həkimi və yazıçısı; Koreya Şərq Təbabəti Klinikasının baş həkimi.[1], Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri.

Zərifə Quliyeva
Quliyeva Zərifə Rzaqulu qızı
Doğum tarixi 13 fevral 1952(1952-02-13) (72 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı Quliyev Elxan
Atası Quliyev Rzaqulu Hüseyn oğlu
Anası Quliyeva Zərri İbrahim qızı
Milliyyəti azərbaycanlı
Təhsili Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Mükafatları "Tərəqqi" medalı

Zərifə Quliyeva 13 fevral 1952-ci ildə Azərbaycan SSR-nin Balakən rayonunda anadan olmuşdur. 1959-cu ildə Naxçıvan şəhər 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1969-cu ildə Əli Bayramlı şəhəri orta məktəbini bitirmişdir. 1969-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1976-cı ildə bitirmişdir.

İlk əmək fəaliyyətinə 1975-ci ildə Bakı şəhər 5 saylı kliniki xəstəxanasında qəbul şöbəsində həkim işləməklə başlamış, 1981-ci ildən 1984-cü ilədək həmin xəstəxanada qəbul şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1984-cü ildən 1989-cu ilədək Nizami rayon partiya komitəsində təlimatçı kimi həm də, səhiyyə, təhsil, mədəniyyət sahəsinin kuratoru kimi geniş fəaliyyət geniş fəaliyyət göstərmişdir. 1989-cu ildən 1995-ci ilədək Nizami rayon 17 saylı tibbi-sanitar hissənin baş həkimi vəzifəsində işləmişdir.

1990–1993-cü illərdə mənfur erməni işğalçılarına qarşı Qarabağ müharibəsi dövründə atəşkəs imzalanana qədər on millərlə insana qan yardımı proqramını təşkil etmiş, bu işin Qanköçürmə İnstitutu tərəfindən yerinə yetirilməsinə nail olmuşdur.

Sosial və ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Müxtəlif sosial və ictimai, şəhid ailələri və qazilərlə bağlı bir sıra tədbir təşkil edib.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Z. R. Quliyeva 2005-ci ildə "Təhsil" nəşriyyatı tərəfindən "Ömrün son baharı" adlı ilk kitabı, 2006-cı ildə həmin nəşriyyat tərəfindən "Sənsiz səninlə" adlı ikinci kitabı,2008-ci ildə "Son ümidim" adlı üçüncü kitabı, 2010-cu ildə "Naksiana" nəşriyyatı tərəfindən "Tale yazısı" adlı dördüncü kitabı, 2011-ci ildə "Sabah" nəşriyyatı tərəfindən "Nicat günü" adlı beşinci kitabı çapdan çıxmışdır.

"İlin kitabı" nominasiyasının anket sorğularının nəticələrinə görə Z. R. Quliyevanın müəllifi olduğu "Ömrün son baharı" kitabı Simurq Milli Mükafat Fondunun 2006-cı il "Baharın uğur çələngi" müsabiqəsi laureatının ali dərəcəli diplomuna layiq görülmüşdür.

Z. R. Quliyeva "Dirçəliş" qəzetinin 2007-ci il üzrə keçirdiyi müsabiqədə "İlin işgüzar adamı" adına, 2008-ci ildə isə "Hippokrat" tibb jurnalı redaksiyasının təsis etdiyi "Bacarıqlı əllər" diplomuna layiq görülmüşdür. 2009-cu ildə "Vektor" Beynəlxalq Elm Mərkəzinin "XXI əsrin tanınmış ziyalısı" Beynəlxalq diplomu ilə təltif olunmuşdur. Z. R. Quliyeva 2009-cu ildə "Sahibkar hüquqları" beynəlxalq ictimai-siyasi hüquq qəzetinin və "Rəsmi Azərbaycan" ictimai-siyasi hüquq qəzetinin fəxri diplomlarına,2010-cu ildə Azərbaycan "Azad qələmlər" cəmiyyətinin "Şəfalı əllər" fəxri mükafatına layiq görülmüşdür. Z. R. Quliyeva həmçinin 2010-cu ildə Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqının "Xalqın ən nüfuzlu ziyalısı" fəxri diplomuna layiq görülmüşdür. Z. R. Quliyeva 2013-cü ildə "İdeal Sülhün Təbliği Fondunun""Qalib Sultan" diplomuna layiq görülmüşdür. Z. R. Quliyeva ölkəmizin ictimai-siyasi həyatında və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının həyata keçirdiyi layihələrdə fəal iştirakına görə 01 mart 2012-ci ildə Yeni Azərbaycan Partiyasının diplomu ilə təltif edilmişdir. Z. R. Quliyeva Nəsimi rayonunun ictimai işlərində fəal iştirakına görə 13 fevral 2012-ci ildə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülmüşdür. O, həmçinin Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə 01 mart 2012-ci ildə Fəxri Fərmanla təltif edilmişdir. Z. R. Quliyeva 6 noyabr 2012-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi münasibəti ilə YAP Nəsimi rayon təşkilatının diplomuna layiq görülmüşdür. Z. R. Quliyeva 19 noyabr 2012-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi münasibəti ilə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin "İnam Şərəf" Diplomuna layiq görülmüşdür. Z. R. Quliyeva səhiyyə sahəsində uzun müddət səmərəli fəaliyyətinə və xeyriyyəçilik işlərinə görə "Mərhəmət elçisi" beynəlxalq ictimai-siyasi, elmi-hüquqi jurnalının "İbn Sina" fəxri diplomuna layiq görülmüşdür.

Z. R. Quliyeva 2016-cı ildə dövlət, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində fəal əməkdaşlığa görə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür.

Z. R. Quliyeva respublikanın ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mart 2017-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

Atası — Quliyev Rzaqulu Hüseyn oğlu 1915-ci ildə Ermənistan Respublikasının Sisyan rayonunda anadan olmuşdur. O, 1939-cu ildən 1979-cu ilədək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarında çalışmış, 1979-cu ildən 1982-ci ilədək Turizm idarəsinin rəhbəri işləmiş, 1982-ci ilin aprel ayında ürək-damar çatışmazlığından vəfat etmişdir.

Anası — Quliyeva Zərri İbrahim qızı 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, 2009-cu ildə vəfat etmişdir.

Qardaşı — Quliyev Hüseyn Rzaqulu oğlu 1946-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. O.uzun illər Milli Təhlükəsizlik orqanlarında çalışmış, hazırda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Özbəkistan Respublikasında Azərbaycan Respublikasının səlahiyyətli səfiri vəzifəsində çalışır.

Bacısı — Quliyeva Aidə Rzaqulu qızı 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. İş adamıdır.

Oğlu — Quliyev Elxan 1974-cü ildə Bakı şəhərində anadan olmuş, dövlət qulluğu orqanlarında çalışmış, 2004-cü ildə qəflətən beyinə qan sızması nəticəsində vəfat etmişdir.

Həyat yoldaşı — Xəlilov Arzu Aydın oğlu uzun illər dövlət qulluğu orqanlarında çalışmış, son iş yeri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışmış, 2008-ci ildə ürək qan damar çatışmazlığından vəfat etmişdir.

  • Bəşəri və milli dəyərlərin qayğıkeşi, Respublika qəzeti, 26.08.2011, N :182
  • Yüksək inkişaf mərhələsinə doğru, Respublika qəzeti, 06.12.2013, N :263
  • Xalqın Xilaskarı, Respublika qəzeti, 14.06.2012, N :130
  • Azərbaycan xalqının əbədiləşmiş lideri, Səs qəzeti, 09.05.2014, N :084
  • Qadınlar ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayırlar, İki Sahil qəzeti, 16.12.2016, N:229
  • Prezident İlham Əliyevin bəyənatı işğalçılara sərt cavab oldu, Səs qəzeti, 10.02.2015, N:025
  • Ömürdən qalan izlər Flora Xəlilzadə-əməkdar jurnalist, Kaspi qəzeti, 13.11.2017, N:163