Zərnətün çayı

ZərnətünçayNaxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay.[1]

Zərnətünçay

Naxçıvançayın sol qoludur. Zəngəzur silsiləsinin yamacında, 2849 m hündürlükdə yerləşən Salvartı gölündən başlanır. Uzunluğu 10 km-dir. Yeraltı sular və qar suları ilə qidalanır.

  1. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 373. ISBN 5-8066-1468-9.