Zərraf Şirinov (2 may 1955, Kilsə, Kəlbəcər rayonu) — tibb elmləri doktoru, professor. Akademik M. A. Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin qaraciyər, öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsi baş elmi işçi.
Zərraf Şirinov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Elm sahələri | tibb, cərrahiyyə |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Akkademik Mustafa Topçubaşov adına ECM |
Təhsili |
Zərraf Şirinov 1962-ci ildə Kəlbəcər rayonunun Kilsə kəndində doğulub. 1983-ci ildə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakültəsinə qəbul olub və elə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fərqlənmə ilə ali təhsili bitirdiyi üçün həmin ildə internanı bitirməmiş birbaşa yeni yaranmış Elmi Tədqiqat Qastroenterologiya İnstitutuna klinik ordinator kimi işə götürülüb. 2 illik kliniki ordinatura dövründə həmin illərdə qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi üzrə ixtisaslaşma kursu keçib. Bundan sonra həmin klinikanın qida borusu, mədə, onikibarmaq bağırsağın cərrahiyyəsi şöbəsində kiçik elmi işçi kimi işləyib. 1997-ci ildə namizədlik dissertasiyasını müadfiə edib və tibb elmləri namizədi elmi adını alıb. 2000-ci ildə həmin şöbəyə müdir təyin edilib. 2005-ci ildə Moskvada Xalqlar Dostluğu Universitetində doktorluq dissertasiyasını müdafiə edib. 2008-ci ildə isə Azərbaycan Resbublikası Ali Attestasiya Komissiyası tərəfindən ona tibb elmləri doktoru elmi adı təqdim edilib. 170-dən artıq çap edilmiş elmi məqalələri var. Üç monoqrafiyanın müəllifidir. Rusiya Federasiyası Patent İdarəsi tərəfindən səmərələşdirici işinə görə 3 patent alıb. Onun namizədlik və doktorluq işi mədə və onikibarmaq bağırsağın xorasının cərrahiyyəsi mövzusundadır. 14 il Akademik M. A. Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin qaraciyər, öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsinin müdiri olmuşdur. Bu müddət ərzində 2500-dən artıq qeyd olunan cərrahiyyə sferasında əməliyyatlar icra edib. Öd kisəsində aparılan həm açıq, həm də laporaskopik əməliyyatları da həyata keçirir. 2008-ci ildə Elmi Cərrahlıq İnstitutunun Türkiyənin Ankara şəhərində Hacettepe Universitetinin klinikasında laporaskopik öd cərrahiyyəsi və 2010-cu ildə Ukraynanın Kiyev şəhərində Şalimovun klinikasında endoskopik cərrahiyyə və qaraciyər köçürülməsi (transplantasiya) üzrə ixtisasartırma kursu keçib. 2012-ci ildə Almaniyanin Manhaym şəhərində ixtisasartırma kursu keçib.2017-ci ildə Istanbulda Yeni Yüzyil Üniversitesi Gaziosmanpaşa Hastahanesinde transplantasiya şöbəsində ixtisasartırma kursunda olmuşdur. Əməliyyatlarının çoxunu öd kisəsində aparılan əməliyyatlar (xolesistektomiya) təşkil etsə də olduqca bir cox digər daxili xəstəliklərdə elmi-tibbi əhəmiyyət kəsb edən yeni cərrahi taktikalar tətbiq edib. Bu da əsasən öd və qaraciyərdənxaric öd yollarında yatrogen zədələnmələr zamanı rekonstruktiv əməliyyatları, qaraciyərin exinokokkozu və həcmli törəmələri, qidaborusu, mədə, onikibarmaq bağırsaq, nazik və yoğun bağırsaqlar üzərində aparılan açıq və laparoskopik əməmliyyatları əhatə edir.5000 — dən artıq müvəffəqiyyətli əməliyyat təcrübəsi var. Rəhbərliyi ilə 4 namizədlik dissertasiyası müdafiə olunub, 4 elmi iş isə araşdırılma mərhələsindədir. AAK tərəfindən 2019-cu ildə Cərrahiyyə ixtisası üzrə DOSENT, 2022-ci ildə PROFESSOR elmi adı verilmişdir. 2018-ci ildən hal hazıra kimi ECM-də baş elmi işçi vəzifəsində çalışır.