Zabit Allahverdiyev

Zabit Allahverdiyev Sabir oğlu (1 dekabr 1959, Mirzəcəfərli, Bərdə rayonu) — coğrafiya üzrə fəlsəfə doktoru.

Zabit Allahverdiyev
Zabit Allahverdiyev Sabir oğlu
Doğum tarixi (63 yaş)
Doğum yeri Mirzəcəfərli, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Sabir Allahverdiyev
Elmi dərəcəsi
Elmi adı coğrafiya üzrə fəlsəfə doktoru
İş yeri AMEA akad.H.Ə.Əliyev Coğrafiya institutu
Təhsili Azərbaycan Dövlət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

Zabit Sabir oğlu Allahverdiyev 1 dekabr 1959-cu ildə Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakülkəsini bitirib.1999–2003-cü illərdə "Okeanologiya" ixtisası üzrə Azərbayjan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil almışdır.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1987–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnistitutunun nəzdindəki Xüsusi Konstruktor Bürosunun "Riyazi Modelləşdirmə" laboratoriyasında mühəndis-aparıcı konstruktor vəzifələrində, 1995–2001-ci illərdə isə Azərbaycan Dövlət Hidrometeorologiya Komitəsinin Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutunda laboratoriya müdiri və direktor müavini vəzifələrdə çalışmışdır. 2002-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda "Xəzər dənizinin hidrometeoroloci problemləri" laboratoriyasının müdiri vəzifəsində çalışır. 2004-cü ildə "Cənubi Xəzərdə külək və axınların statistik-spektral üsurlarla tədqiqi" mövzusu üzrə dissertasiyanı müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır.[1]

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

5 elmi mövzunun, 30-dan artıq elmi məqalənin müəllifi və üç kitabın ("Dəniz hidrometeoroloci proqnoz üsulları", "Neft Daşları rayonunun hidrometeoroloci xüsusiyyətləri" və "Müasir iqlim dəyişmələri və Xəzər dənizinin hidrometeoroloci şəraiti") həmmüəllifidir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. B.Budaqov Azərbaycan coğrafiyaçı alimləri