Zaur İmrani (tam adı: Zaur İmrani Tahir oğlu; d.16 sentyabr 1977-ci il Bakı şəhəri) — ELm və Təhsil Nazirliyinin akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun Turizm-rekreasiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent.[1]
Imrani Zaur Tahir oğlu – 16 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri Nizami rayonunda yerləşən 220 saylı orta məktəbi bitirib. 1994-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin əyani şöbəsinə daxil olub, 1998-ci ildə həmin universiteti coğrafiyaçı, coğrafiya müəllimi ixtisası üzrə bitirib. 1998-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin "Ərazi planlaşdırılması və rayon planaalması" ixtisası üzrə magistraturaya daxil olub və 2000-ci ildə bitirib.[2]
01.10.2002-ci ildən 01.04.2010-cu ilədək Azərbaycan Milli Elmlər Akademiyası akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutu "İqtisadi və sosial coğrafiya" şöbəsində kiçik elmi işçi işləmişdir.
2007-ci ildə "Quba-Xaçmaz iqtisadi rayonunda əhalinin və istehsalın ərazi təşkilinin coğrafi problemləri" mövzusunda dissertasiya işini müdafiə etmiş.
2009-cu ildə Azərbaycan RespublikasınınPrezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən Elmlər Namizədi Diplomunu, 25.00.24. İqtisadi-sosial və siyasi coğrafiya elmləri namizədi adını almışdır.
01.04.2010-cu ildən 05.10.2011-ci ilədək "Azərbaycanın iqtisadi və siyasi coğrafiyası" şöbəsində böyük elmi işçi.
07.01.2014-cü ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutu "Azərbaycanın iqtisadi və siyasi coğrafiyası" şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb.
2016-cı ildən Turizm-rekrasiya şöbəsinin müdiridir.
2022-ci ildən Elm və Təhsil Nazirliyinin akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktorudur.
İnzibati və iqtisadi-coğrafi rayonların təbii ehtiyat potensialı qiymətləndirilmiş, iqtisadi-coğrafi baxımdan istehsal sahələrinin təmərküzləşməsində sahə strukturunun rolu öyrənilmiş, bölgələrin əsas aparıcı sahələrinin perspektivlik xüsusiyyətləri nəzərə alınaraq onların inkişaf meylləri müəyyənləşdirilmiş, xəritə-sxemlər və modellər hazırlanmışdır.
Coğrafiya İnstitutunda fəaliyyət göstərən müdafiə şurasının xüsusi Elmi Şuranın katibi, İnstitutun nəzdində fəaliyyət göstərən Gənc Alimlər Şurasında baş məsləhətçisi, bir çox beynəlxalq elmi seminarlar və konfransların iştirakçısıdır. 5 Fəxri Fərmana, 1 Şəhadətnaməyə, 6 Beynəlxalq Sertifikata layiq görülmüşdür.[3]
100-dən çox elmi məqalə və 5 monoqrafiyanın müəllifidir.
Şəki-Zaqatala iqtisadi rayonunda kənd təsərrüfatının ərazi təşkili / AMEA-nın "Xəbərləri". Yer elmləri bölməsi, № 4. Bakı, 2003, s. 60–64
Quba-Xaçmaz iqtisadi rayonunda kənd təsərrüfatı inkişafının bəzi məsələləri / AMEA-nın "Xəbərləri". Yer elmləri bölməsi, № 4. Bakı, 2004, s. 174–178
Development ways of international tourism in Azerbaijan, s Caspian coastal zones / Association of Universities of pre Caspian states "Science and technology". International journal of scientific articles, book4. Atrau, 2006, p. 50–53
The Role of the TRACECA project in use of Azerbaijan, s natural resources / Association of Universities of pre Caspian region countries The "Caspian Sea" natural resources international journal № 2. Baku, 2008, p. 100–105
Current state of tourist-recreational complex in the Azerbaijan Republic // IV Международная конференция "Стратегия качества в промышленности и образовании", Том 1. Варна, 2008, c. 264–265
Research of natural disaster cases happening in Azerbaijan sector of the Caspian sea from economic-geographical point of view The 1 st. Inernational Conference on the Caspian Region Environmental Changes. Mazandaran, 2008, p. 6–12
Экономико-экологические проблемы Каспийского моря // "Проблемы изучения и состояния биосистем, методы биоэкологических исследований" Международная конференция. Махачкала, 2009, c. 135–137
Hazar denizinin Ekolojik Durumu ve Petrol Fakrörü / Turan: ilim fikir ve medeniyet dergisi. İstanbul, 2010, p. 91–94
Лечебно-оздоровительный туризм в Азербайджанской Республике // "Географические проблемы туризма, краеведения и экологии" Международно научно-практическая конференция. Алмаата, 2014, c. 281–283
Экономико-географическая характеристика инвестиционной политики Азербайджанской Республики / "Science and world" International scientific journal, № 2(18), 2015, Vol. 1. Impact factor – 0.325 (Global Impact Factor, Australia). Volgograd, 2015, p. 113–116
Study of development of information and commu-nication technology in Azerbaijan with marketing approach / International journal of advanced computer research, Vol. 5. India, 2015, p. 80–93
Activity and problems of successful functioning of mobile operators in Azerbaijan / International Journal of Scientific Research and Innovative Technology, Vol. 2 No. 6. UK, 2015, p. 150–161
Социально-экономические аспекты концепции устойчивого развития в Азербайджанской Республике / Юг России: экология, развитие. Том 11, № 2. Scopus, Дагестан, 2016, p. 42–49
Methodological basis of zoning of tourism-recreation reserves and tourism potential of Gusar region of the Republic of Azerbaijan. Journal of Geology, Geography and Geoecology, 30(2). p. 379–388.
The role of natural resource potential in sustainable socio-economic development of mountain regions of Azerbaijan Republic. International Journal of Development Research (IJDR)
Sustainable development of the tourism industry in Azerbaijan. Revista Universidad y Sociedad, 13(1), 2021. p. 43–50.
Opportunities and prospects for the development of speleotourism in Azerbaijan // Journal of Geology, Geography and Geoecology 31(2), Dnepr: 2022. p. 293–301.
Anal y sis of Wind-wave Char ac ter is tics of the Cas pian Sea Based on Reanalysis Data // Meteorology and Hydrology, Vol. 47, No. 6. Moscow: 2022. p. 479–484.
Azərbaycanda turizm xidməti bazarında mövcud problemlər və onların aradan qaldırılması yolları // "Coğrafiya və təbii resurslar" jurnalı, № 1(16). Bakı: 2022. s. 95–101.
Роль туроператоров и турагентов в развитии туристического сектора в Азербайджане. Вестник Удмуртского университета. Серия Биология. Науки о Земле, Т. 31, вып. 2. 2021. c. 209–215.
Designing industrial zones and ecological problems in the Guba district of the Republic of Azerbaijan. Bulletin of Science and Practice, Volum 7. N 8. 2021. p. 83–90.
Elmi-pedaqoji mətbuatda dərc olunmuş məqalələr və ya dərslik müəllifliyi
3 monoqrafiya:
Quba-Xaçmaz iqtisadi rayonu (2007-ci il),
Azərbaycanda təsərrüfatın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyətləri (2014-cü il),
Avtomobil nəqliyyatının ərazi təşkili və yol nəqliyyatında keyfiyyətə nəzarət (2018-ci il).
10 müəlliflər qrupu ilə birgə monoqrafiya:
Azərbaycan Respublikasının Coğrafiyası II cild. İqtisadi, sosial və siyasi coğrafiya (2015-ci il),
Azərbaycan Respublikasının Coğrafiyası III cild. Regional coğrafiya (2015-ci il),
Yüngül sənayenin ərazi təşkili (2017-ci il),
Azərbaycanda yüngül sənayenin ərazi təşkili problemləri (2018-ci il)
Naxçıvanın coğrafiyası (2019-cu il),
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda demoqrafik inkişaf problemləri və əhalinin məskunlaşması (2019-cu il)
Türk dünyasının coğrafiyası II cild (2020-ci il)
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi (2022-ci il)
Şuşa inzibati rayonunun coğrafiyası: təbii-coğrafi şərait və sosial-iqtisadi inkişaf potensialı (2022-ci il)
Aran iqtisadi rayonunun coğrafiyası: təbii-coğrafi şərait və sosial-iqtisadi inkişaf potensialı (2022-ci il)
1 müəlliflər qrupu ilə birgə ensiklopediyası:
Fövqəladə hallar. Məktəbli ensiklopediyası (2015-ci il)
2 dərsliyin:
Coğrafiya 11 sinif (2018-ci il)
Coğrafiya 6 sinif (2021-ci il)
2 metodiki vəsait:
Coğrafiya 11 (2018-ci il)
Coğrafiya 6 sinif (2021-ci il)
4 proqram:
İqtisadi coğrafiya (2018-ci il)
Sənaye coğrafiyası (2018-ci il)
Qlobal iqtisadi inteqrasiya və investisiya (2019-cu il)
20 Beynəlxalq Sertifikat, 1 Şəhadətnamə və 6 Fəxri Fərmanı var
2000-ci il, Azərbaycanın əməkdar elm xadimi professor H. B. Əliyev 100 illik yubileyinə həsr edilmiş elmi konfransda dərin məzmunlu məruzə ilə çıxış etdiyinə görə BDU-nun Fəxri Fərmanı.
2001-ci il, İlin yekunlarında döyüş və humanitar hazırlıqda qazandığı nailiyyətlərə görə Müdafiə Nazirliyinin Fəxri Fərmanı.
2002-ci il, Hərbi xidmətdə göstərdiyi yüksək nailiyyətlərə görə və 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 84-cü ildönümü münasibəti ilə Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub .
2010-cu il, "Gənclik və Elm Həftəliyi" çərçivəsində "Azərbaycan elmi və gənclik: reallıqlar, perspektivlər və təkliflər" mövzusunda keçirilən elmi konfransda dərin məzmunlu məruzə ilə çıxış etdiyinə görə AMEA-nın Fəxri Fərmanı.
2010-cu il, "Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkasın"da iştirak etdiyinə görə AMEA-nın Şəhadətnaməsi.
2015-ci il, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə əlaqədar olaraq akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunda uzunmüddətli məhsuldar elmi və elmi-ictimai fəaliyyətinə görə Fəxri Fərman.