Zahid İsmayılov

Zahid Kamil oğlu İsmayılov (1957, Cəhri, Naxçıvan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Naxçıvan Ali Məclisinin III çağırış deputatı.

Zahid İsmayılov
2005 – 2009
Seçki dairəsi24 sayılı Naxçıvan şəhər
ƏvvəlkiNəriman Orucəliyev
SonrakıAnar İbrahimov
Cəhri bələdiyyəsinin sədri
2004 – 2009
Şəxsi məlumatlar
Doğum tarixi 1957
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Zahid İsmayılov 1957-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1964–1974-cü illərdə Cəhri kənd orta məktəbində təhsil almışdır. 1974-cü ildə Naxçıvan şəhər 101 nömrəli Tikinti İdarəsində fəhlə olaraq işləməyə başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan somra Naxçıvan şəhər 2719 nömrəli Avtomobil Dəstəsində sürücü olaraq işləmişdir.

1988-ci ildə Naxçıvan Hərbi Qarnizonunun Zabitlər Evi nəzdində fəaliyyət göstərmiş muhasibatlıq kursunu bitirmişdir. 1989–1990-cı illərdə "Kamil" kooperativini yaradaraq həmin kooperativə sədrlik etmişdi.

Ailəlidir. Bir övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1999-cu Azərbaycanda bələdiyyə seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasından Cəhri bələdiyyəsinin üzvü seçilmişdir. 2004-cü ilədək bələdiyyənin daimi komissiyasının sədri və bələdiyyənin suvarma suyuna nəzarət şöbəsinin müdiri olmuşdur.

2004-cü il bələdiyyə seçkilərində yenidən Azərbaycan Xalq Cəbhəsi Partiyasından Cəhri bələdiyyəsinin üzvü seçilmişdir. Eyni zamanda Cəhri bələdiyyəsinin sədri seçilmişdir.

Zahid İsmayılov 6 noyabr 2005-ci ildə keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 24 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 2730 səs (65,3%) toplayaraq seçkini birinci tamamlamış və deputat seçilmişdir. Naxçıvan Ali Məclisinin III çağırışının ilk iclasında Ali Məclisin Yerli özünüidarəetmə komissiyasının sədr müavini seçilmişdir.

Zahid İsmayılov Naxçıvandakı məmur özbaşınalığına və müxalif olmağın mümkünsüzlüyünə etiraz edərək 2009-cu ildə deputat mandatından imtina etdi və bələdiyyə sədri postundan da istefa verdi.[1]

  1. Azadlıq Radiosu. "Zahid İsmayılov istefa verdi". 10.08.2009. 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2020.