Ərəbbəsrə — Azərbaycan Respublikasının Yevlax rayonunun Şilyan inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yevlax rayonunun Ərəbbəsrə qəsəbəsi Ərəş kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Ərəbbəsrə kənd Soveti yaradılmışdır.[1]
Ərəbbəsrə | |
---|---|
40°46′53″ şm. e. 47°12′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 81 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin keçmiş adı İkinci Ərəbşəki olmuşdur. Toponim ərəb etnonimindən və Bəsrə (indiki İraqda şəhər) sözlərindən ibarət olub, "bəsrəli ərəb, Bəsrədən olan ərəblər" mənasındadır.[2]
Kənd Şirvan düzündə yerləşir.
Kənddə Ərəbbəsrə kənd məscidi dini icması fəaliyyət göstərir[3].
Yevlax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |