Zahid Əliyev (20 Yanvar şəhidi)

Zahid Bayram oğlu Əliyev (23 mart 1963, Şidli, Vedi rayonu, Ermənistan SSR, SSRİ19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Zahid Əliyev
Zahid Bayram oğlu Əliyev
Doğum tarixi 23 mart 1963(1963-03-23)
Doğum yeri
Vəfat tarixi 19 yanvar 1990(1990-01-19) (26 yaşında)
Vəfat yeri
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri
Vətəndaşlığı
Uşağı İmarə Əliyeva
Atası Bayram Əliyev
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Zahid Əliyev 23 mart 1963-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi rayonunun Şidli kəndində anadan olmuş, orta məktəbi elə həmin rayonda bitirmişdir.[2]

1980-ci ildə hərbi xidmətə çağrılmış, 1982-ci ildə hərbi xidməti başa vurmuşdur.

1988-ci noyabr-dekabr aylarında Ermənistandan, öz dədə-baba yurdlarından qovulanlar arasında Zahid və onun ailəsi də olmuşdur. Öz ailəsi ilə birgə Suraxanı rayonunda yerləşmişdir.

Ailəli idi. Bir qızı yadigar qalmışdır.

Qanlı Yanvar faciəsi[redaktə | mənbəni redaktə et]

70 il Sovet imperiyasi tərkibində yaşayan Azərbaycan xalqi əsarət altinda yaşamaqdan bezib azadlıqa can atirdi. Azadlıq istəyən xalq dircəliş hərəkatina başlamışdı. Bakidakı hərəkatin iştirakçılarından biri də Zahid idi. Hər gün işdən çıxıb hərəkat iştirakçılarının yanina gedər, onlara ərzaq aparardi. 19 Yanvarda belə günlərdən biri idi. Olacaqlardan xəbərsiz axşam vaxtı işdən evə gəlmiş, ailəsi ilə biraz vaxt keçirtdikdən sonra hərakat iştirakçılarının yanina getdi.

Sovet hakimiyyəti azadliq istəyən xalqı susdurmaq və cəzalandırmaq məqsədi ilə XI Qızıl ordunu Bakıya göndərdi. Əliyalın xalq top atəşinə tutuldu. İşğalçı sovet əsgərlərinin tarixi cinayətinin Zahid günahsiz qurbani olaraq şəhidlik zirvəsinə ucaldı.

Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Suraxanı rayonunda yaşadığı küçəyə adı verilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]